11 aylıq uşağın bədənində 16 iynə tapıldı

Özbəkistanda cərrahlar 9 saat davam edən cərrahiyyə əməliyyatı sayəsində 11 aylıq körpənin bədənindən 13 iynə çıxarıblar.

Uşaq hazırda Daşkənddəki Respublika Təcili Tibbi Yardım Elmi Mərkəzinin reanimasiya bölməsindədir.

Professor Həbibulla Akilovun dediyinə görə, uşağın bədənində 3 iynə qaldığından təkrar cərrahiyyə əməliyyatı olacaq.

“Müayinə və analizlər zamanı bəlli oldu ki, o iynələr uşağın bədənində ən azı bir ay qalıb. İynələrin uşağın bədəninə necə düşdüyünün səbəbini hələlik bilmirik”, – H.Akilov deyib.

Onun sözlərinə görə, Fərqanə vilayətinin sakini olan qadın yanvarın 22-də xəstəxanaya üz tutaraq uşağının halının pisləşdiyini deyib.

Həkimlərin dediyinə görə, uşaq iynələri uda bilməzdi. Kimsə o iynələri uşağın bədəninə yeridib.

Polis və prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.