Balakəndə 90 min manatın oyunu

55

 

Rüqəyyət Seyidova fotoşəkilinin yayılmasından əndişə keçirir

Ötən günlərdə Balakən Mədəniyyət və Turizm Şöbəsinin həyata keçirdiyi teder oyunları ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, bu şöbə son 9 ay ərzində ayrılmış 90 min manat büdcə pulunu müxtəlif adlar altında silməyə nail olub.

Araşdırmalarımıza  görə, sözügedən qurumun rəhbəri Rüqəyyət Seyidova bu yazdıqlarımızdan deyil, yazıda dərc olunmuş fotodan narahat olmağa başlayıb. Hətta iş o yerə çatıb ki, xanım Seyidovanın işdə halının xarab olduğu deyilir. Məlumatlara görə, həmin fotoşəkildə rəsmi əks olunmuş şəxslərdən biri ilə onun yan-yana görüntülənməsi təhlükəliymiş. Hətta iş o qədər risqlidir ki, şöbə müdiri bütün vasitələrdən istifadə edərək, bu fotoşəkilin yayımlanmamasına çalışır.

Qeyd edək ki, həmin şəkildə əks olunmuş şəxslərin kimliyi bizə məlumdur. Onlarla bağlı aparılmış araşdırmalardan maraqlı məqamlar üzə çıxıb. Yaxın günlərdə həmin şəxslərin kimliyi və onların Rüqəyyət Seyidova ilə əlaqələri barədə geniş bilgi verəcəyik.