13 noyabra astroloji proqnoz

6

QOÇ – Yaxın bir həftədə görəcəyiniz bütün işləri planlaşdırmaq, müzakirələr aparmaq üçün çox uğurlu vaxtdır. Bu istiqamətdə təcrübəli insanların məsləhətlərindən də yararlanmaq olar.

BUĞA – Bürcünüz neqativ kosmik ahəngə kökləndiyindən özünüzdə təpər tapıb müqəddəs işlərinizdən yayınmamalısınız. Xeyirxah əməllərinizi əsirgəməyin. Şəxsi büdcənizə xəsislik etməyin.

ƏKİZLƏR – İstirahət etməyə vaxtınız yetməsə belə, gün ərzində savab işlərinizin sayını artırmağa çalışın. Qeybətdən, dedi-qodudan uzaq olun. Xüsusən də böyüklərə mərhəmət göstərin.

XƏRÇƏNG – Daxili narahatçılığınızın səbəbi qəlbinizə yaxın insanlarla lazımi münasibət qura bilməməyinizdir. Bu gün həmin qüsurları aradan qaldırın. Uzaq yola çıxmaqdan çəkinin.

ŞİR – Əgər ailə-sevgi münasibətlərində vəziyyət normaldırsa, digər məsələlərdə heç bir probleminiz olmayacaq. Maddi durumunuzun da yaxşılaşacağı gözlənilir.

QIZ – Günün birinci yarısında baş tutmayan bəzi cəhdlərinizə görə üzülməyin. Çünki sonrakı müddətdə onun əvəzi artıqlaması ilə ödənəcək. Ağlınıza gəlməyən sürprizlərə hazır olun.

TƏRƏZİ – Xoş ovqat yaşamaq istəyirsinizsə, oturaq işlərə son qoyun. Yalnız bu halda ulduzların bəxşişini görə bilərsiniz. Bu gün ovqatınızı yüksəldən bir çox insanla qarşılaşacaqsınız.

ƏQRƏB – Əsəblərinizi qoruyun ki, gün ərzində qarşınıza çıxan şanslardan lazımınca istifadə edə biləsiniz. Özünüzü ümidsizliyə sürükləməyin və daxili orqanlarınıza fikir verin.

OXATAN – Qarşınızda böyük işlər durur və bu təqvimdə daha çox o barədə düşünməlisiniz. Sizə kömək edə biləcək hər kəsdən yaxşı mənada istifadə etməyə çalışın. Ailədə sabitliyi qoruyun.

OĞLAQ – Əsas probleminiz insanlarla münasibəti normal səviyyədə tənzimləyə bilməməyinizdir. Bir qədər obyektiv olun. Bunu bacarsanız, günün ikinci yarısında mütləq əvəzini görəcəksiniz.

SUTÖKƏN – Bu gözəl günün mahiyyətini sizin qədər qavrayan yoxdur. Amma qavramaq azdır, bütün ruhunuzla Allah rizası üçün hərəkətə keçməlisiniz. Humanistliyinizi daha da artırın.

BALIQLAR – Fəaliyyət göstərdiyiniz müəssisələrə baş çəkməkdənsə, müqəddəs yerləri ziyarət edin. Xeyirxah insanlarla bir araya gəlin, küsülüləri barışdırın, zavallıları sevindirin.