130-dan sürücü işdən çıxarılıb

2

“Ölkədə avtobusların iştirakı ilə baş verən qəzaların sayı azalıb”.

XALQ.AZ-ın məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, avtobus sürücüləri ilə mütəmadi işlər aparılır. Xeyli sayda işçi işdə yol verdiyi nöqsanlara işdən azad olunub: “Təkcə ötən il 130-dan çox sürücü işdən çıxarılıb. Yol təhlükəsizliyi, hərəkət qanunvericiliyinə riayət edilməlidir. Bu sahədə ciddi tədbirlər görülür. Bizdə olan statistikaya görə qəzaların sayı ötən ilə nisbətdə azalıb”.

Nazir müavini bildirib ki, ancaq bu statistikaya baxmayaraq nəticə qaneedici deyil: “Çalışmalıyıq ki, bu sahədə qəzaların sayının maksimum azaldaq. Çünki söhbət insanların təhlükəsizliyindən gedir”.