130 yaşlı zəvvar Həccə getdi

İndoneziyalı 130 yaşlı uzunömürlü Uxi Eydros Samri Səudiyyə Ərəbistanın İki Müqəddəs Məscidin Xadimi, kral Salman ibn Əbdül Əziz Al Saudun qonaqları proqramı çərçivəsində Ciddəyə Həcc ziyarətinə gəlib.

SPA dövlət informasiya agentliyi xəbər verir ki, kralın dəvəti ilə gələn Uxi Eydros Samrini Ciddədəki kral Əbdül Əziz adına beynəlxalq hava limanında aeroportun rəhbər şəxsləri qarşılayıblar. 130 yaşlı zəvvar və onun ailə üzvləri ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər, Həcc ziyarətinə gələnlərə yüksək diqqət və qayğı göstərildiyini qeyd ediblər.

image description

 

Orxan