14 fevrala astroloji proqnoz

astroloji

 

QOÇ – Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.

BUĞA – Saat 12-yə qədər uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağa çalışın. Sonrakı müddət isə bu baxımdan səmərəli deyil. Evdə təmir aparmaq üçün bu təqvimin böyük əhəmiyyəti var.

ƏKİZLƏR – Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhhətinizə qayğı göstərin.

XƏRÇƏNG – Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

ŞİR – Müqəddəs ziyarətgahlara getmək üçün günün ikinci yarısı münasib vaxtdır. Amma fiziki işlərə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Çünki Ay bürcünüzdə qərar tutub.

QIZ – Astroloji göstəricilər sizin zodiaka məsləhət görür ki, əsas üstünlüyü sevgiyə yönəldəsiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə isə tam ümidlə baxın.

TƏRƏZİ – Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki ayın ikinci yarısında bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.

ƏQRƏB – Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

OXATAN – Ayın ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Büdcənizdə müəyyən qədər artım da mümkündür.

OĞLAQ – Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nahardan sonra qazanmaq ehtimalınız var.

SUTÖKƏN – Bürcünüzün ən uğurlu günlərindən birini yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyətli olun.

BALIQLAR – Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın və köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.