Naftalanda Xocalı faciəsinin 25-ci ildönümü anıldı

 

25  fevral 2017-ci il tarixdə Xocalı faciəsinin iyirmi beşinci ildönümü münasibətilə Naftalan şəhərində  geniş anım tədbiri  keçirilib
Tədbirdə şəhər rəhbərliyi ,hüquq-muhafizə orqanlarının əməkdaşları, səhiyyə və təhsil işçiləri, həmçinin şəhər ictimayətinin nümayəndəri iştirak ediblər.
Şəhər ictimaiyyəti Naftalan şəhərində  Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə  ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstəsi qoyublar.
Sonda Xocalı faciəsi qurbanlarının və şəhidlik zirvəsinə yüksəlmiş insanların əziz xatirəsinə dualar oxunub.