15 azarkeş öldü

222

Konqo Demokratik Respublikasında keçirilən futbol qarşılaşmasında ixtişaş baş verib.

XALQ.AZ-ın məlumatına görə, “Mozembe” və “Vita Klub” futbol klubları arasında keçirilən oyunda azarkeşlər meydana daş ataraq hakimdən oyunu dayandırmağı tələb ediblər.

Fanatlar arasındakı qarşıdurma stadionun divarının bir tərəfinin dağılması ilə nəticələnib.

Təhlükəsizlik qüvvələri ixtişaşı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olublar. İlkin məlumata görə, ixtişaş nəticəsində 15 azarkeş ölüb, 22 nəfər xəsarət alıb.