15 milyon manatı zibilliyə atdı

3

 

Lakin getdikcə kompüterinin hissələri işləməyən Houells çarəni kompüterin hissələrini zibilliyə atmaqda görüb. Bitcoinlərini saxladığı hard diskini isə masasında 3 il ərzində mühafizə edib.

Bu ilin iyul ayının ortalarında həmin diskin də mənasız olduğunu düşünərək onu da zibilliyə atıb.

Bunu bir neçə gün öncə başa düşən Houells hard diskin içində 7 min 500 Bitcoinin olduğunu xatırlayanda dərhal rəsmilərlə əlaqə saxlayıb və zibillərin boşaldıldığı yerə gedib.

Amma olduqca geniş bir əraziyə yayılan zibillikdə diski tapmaq iynəylə quyu qazmaq kimi bir şey olub.

Rəsmilər də diski tapmaqda ona kömək edə bilməyəcklərini deyib. Beləliklə, Houells kor-peşman geri qayıdıb.