15 yaşlı oğlu müsiqiçini güllələdi

nofel

Tanınmış gitara ifaçısı Nofəl Süleymanov vəfat edib.

Bu barədə XALQ.AZ-a mərhumun dostu aşıq Mubariz məlumat verib.

Onun sözlərinə görə, musiqiçi evdə 15 yaşlı oğlu Şövqinin ehtiyatsızlıqdan ov tüfəngindən atəş açması nəticəsində dünyasını dəyişib.

Hadisə 15 yaşlı oğlu Şövqinin ehtiyatsızlığından baş verib. Onlar bu gün bir yerdə rayona səfərə gedəcəkdilər. Nofəl eyvanda siqaret çəkən zaman, oğlundan öv tüfəngini gətirməsini xahiş edib. Şövqi tüfəngi atasına gətirən zaman, ehtiyatsızlıqdan əli tətiyə dəyib. Bu zaman açılan güllə nəticəsində Nöfəl dünyasını dəyişib. Hazırda meyit məhkəmə tibbi ekspertiza və potoloji anatomoya birliyinin morqundadır. Ağcabədidə dəfn olunacaq”. 
Qeyd edək ki, hadisə bu gün günorta saatlarında  məşhur musiqiçinin Nizami rayonundakı mənzilində baş verib.