15 Yaşlı Qız Özünü Binadan Atdı – Video

Bakıda Yasamal rayonunda intihar hadisəsi baş verib.

XALQ.AZ xəbər verir ki, rayonun Əhməd Cavad 45 A ünvanında 15 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi Mirfatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir.
Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

 

Orxan