Qənirə Paşayeva ” Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməliyik”

Millət vəkili Q.Paşayeva Sumqayıtda qəhrəman şəhidlərimiz Raquf Orucov və Murad Məmmədovun anım tədbirində çıxış edib, cəmiyyətə torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməliyik çağırışı edib

 

Sumqayıtda Şəhidlər Xiyabanında qəhrəman şəhidlərimiz Raquf Orucov və Murad Məmmədovun anım tədbirində  çıxışı zamanı  millət vəkili Q.Paşayeva Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək  Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Tədbirdə iştirak edən Ağdam rayon icra hakimiyyətinin rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri çıxış edərək Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimiz hər zaman sevgi ilə anılacaq deyiblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.