17 körpəyə Nəsimi adı qoyulub

Bu il Azərbaycanda Nəsimi adı qoyulan körpələrin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən sorğusuna cavab olaraq bildirilib ki, cari il ərzində 17 uşağa Nəsimi adı qoyulub. Belə ki, ötən ilə nisbətən bu adın qoyulması halları 3.4 faiz artıb. 

Qeyd olunub ki, ümumilikdə, son 5 il ərzində Azərbaycanda 56 uşağa Nəsimi adı qoyulub. 2015-ci ildə 11, 2016-cı ildə 12, 2017-ci ildə 11 və 2018-ci ildə 5 uşağa Nəsimi adı qoyulub.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.