“18 yaşına çatmayanlara energetik içkilər satılmasın”

“Kimlərsə qazanacaq deyə, millətin gələcəyini narahatlıq altına almaq doğru deyil”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva 18 yaşına çatmayan uşaqlara energetik içkilərin satılmaması ilə bağlı çağırış edib.

XALQ.AZ  xəbər verir ki, Q.Paşayeva məsələ ilə bağlı deputatlardan dəstək istəyib. O, Qida Təhlükəsizliyi Agentliyinin ölkədə bu içkilərlə bağlı SOS elan etdiyini və 18 yaşına çatmayan gənclərin bu içkilərin qəbulunun nə qədər zərərli olması ilə bağlı xəbərdarlıq etdiyini əlavə edib.

“Bu içkilər sadəcə aslılıq yaratmır, həm də bizim genofonda çox böyük zərər vurur. Ailələr deyirlər ki, uşaqları məktəbə göndərirlər, lakin məktəblərin ətrafında bu içkilərdən satılır. Qida Təhlükəsizliyi Agentliyi bu içkilərin qəbulunu tövsiyə etmirsə, Ombudsman ailələrdən olan müraciətləri Milli Məclisə qədər gətirirsə düşünürəm ki, ailələrin də müraciətlərin nəzərə alaraq, bu tip içkilərin satışının qadağan edilməsini, bu qanuna riayət etməyənlərin cəzalandırılması mexanizmlərinin həyata keçirək. Kimlərsə qazanacaq deyə millətin övladlarını, gələcəyini narahatlıq altına almaq doğru deyil”, – deyə Q.Paşayeva vurğulayıb.

 

Orxan