Eldar Həsənov-Fotolarda

Bu gün  Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun doğum günüdür. Bu münasibətlə XALQ.AZ xəbər portalının kollektivi Eldar Həsənovu təbrik edir,gələcək  işlərində müvəffəqiyətlər arzulayırıq!

Eldar Həsənov 1955-ci il 10 oktyabr tarixində Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası almışdır.

1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirmişdir. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini, Baş Prokurorun birinci müavini və Respublika Baş Prokuroru vəzifələrini tutmuşdur.

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi olmuşdur. “İctimai qaydanın mühafizəsi işində əla xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. Mütəşəkkil cinayətkarlıq, narkotizm, terrorizmə qarşı mübarizə üzrə 20-yə qədər kitabın, 100-dən artıq elmi işin müəllifidir. İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının Administrativ Şurasının, Beynəlxalq Kriminologiya Cəmiyyətinin üzvü, Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın Direktorlar Şurasının vitse-prezidenti, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavinidir. Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.

2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilmiş, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlamışdır. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur. Bu illər ərzində hər iki ölkə arasında siyasi sahədə əməkdaşlıq, çoxtərəfli münasibətlərdə daimi dəstək, ikitərəfli əməkdaşlıq əlaqələrində isə qarşılıqlı anlaşma və etimad daha da artmış və möhkəmlənmişdir. Azərbaycan Respublikası və Rumıniya arasında səmimi və şəffaf dostluq, əməkdaşlıq münasibətləri yüksək həddə çatmışdır. Yüksək səviyyəli qarşılıqlı səfərlər daha da intensiv xarakter daşımağa başlamışdır. Bir sıra yeni mühüm sənədlər və sazişlər imzalanmışdır.

Səfir E.Həsənov fəaliyyətində hər iki xalqın bir-birinə daha da yaxınlaşdırılması məqsədilə elmi, mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Belə ki, 2001-ci ildə səfirliyin təklifi və dəstəyi ilə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiyasiyası yaradılmışdır və ikitərəfli elmi, mədəni əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə çox aktiv fəaliyyət göstərməkdədir. 2001-ci ildən bu günə qədər Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə, Azərbaycan-Rumıniya əməkdaşlıq münasibətlərinə, Azərbaycan Respublikasının tarixi, incəsənəti, xarici siyasət prioritetlərinə həsr olunmuş “Azərbaycanın dirçəlişi” kitabı rumın və ingilis dillərində, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Zaman və məkan” kitabı, ulu türkün qəhrəmanlıq səlnaməsi “Kitabi Dədə Qorqud” və “Müqəddəs Qurani Kərim”, Azərbaycanın tanınmış yazıçıları Anar Rzayevin, Elçin Əfəndiyevin və Çingiz Abdullayevin əsərləri rumın dilinə tərcümə etdirilərək çap olunmuşdur. Qarşılıqlı olaraq dil maneəsinin aradan qaldırılmasını asanlaşdırmaq məqsədilə səfirliyin təşəbbüsü ilə azərbaycanca-rumınca, rumınca-azərbaycanca lüğət çapdan çıxmışdır.

2001-ci ildən səfir kimi fəaliyyətə başladıqdan sonra Azərbaycan Respublikası ilə Rumıniya arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni sahələrdə dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və narkotizm, terrorizm, mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizə aparılmasında böyük töhfələr vermişdir.

2013 – ci ildən  Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir.

“İctimai qaydanın mühafizəsi işində əla xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. Mütəşəkkil cinayətkarlıq, narkotizm, terrorizmə qarşı mübarizə üzrə 22 kitabın, 100-dən artıq elmi işin müəllifidir.

Hüquq elmləri doktoru, professor, Eldar Həsənov Serbiya Kral Akademiyasının üzvüdür.

Serbiya prezidenti Tomislav Nikoliç 10 oktyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovu “Serbiya bayrağı” ordeni ilə təltif edib

Rus, türk, ingilis və rumın dillərini bilir.

Evlidir, 3 övladı var.

 

На данном изображении может находиться: 2 человека, люди стоят, костюм, дерево и на улице

На данном изображении может находиться: 3 человека, костюм

 

 

Похожее изображение

Похожее изображение

 

Картинки по запросу eldar həsənov

 

Картинки по запросу eldar həsənov

На данном изображении может находиться: 1 человек, улыбается

Картинки по запросу eldar həsənov prezidentə