190 manat alanlara şad xəbər

Mayın 12-dən etibarən aprel ayı üçün nəzərdə tutulan 190 manatlıq ödənişlərin verilməsinə başlanacaq.

XALQ.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

S.Babayev həmçinin qeyd edib ki, koronavirus iqtisadiyyata mənfi təsir göstərsə də, sosial layihələr tam olaraq, icra ediləcək.

Nazir onu da əlavə edib ki, may ayının ödənişləri verilməmişdən qabaq aprel ayında birdəfəlik ödəmə statusu alan hər bir şəxsin məlumatları yenidən analiz ediləcək. Əgər qaydalardan kənar hər hansı bir hallar aşkar edilərsə may ayının ödənişi həmin şəxslərə ödənilməyəcək. 

S.Babayev bildirib ki, aprel ayının ödənişini alan şəxs 1 ayın tamamından sonra may ayının ödənişini alacaq