“190 manatı ala bilməyənlər ictimai işlərə müraciət etsinlər”

“Hökumət 50 min haqqı ödənilən iş yerləri yaradıb. Yaxşı olar ki avtomobili, torpağı olub 190 manat ala bilməyənlər həmin iş yerlərinə müraciət etsinlər”.

XALQ.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.

O qeyd edib ki, həmin iş yerlərindən 23800-ü istifadə edilib. O insanlar yaxşı olar ki, ictimai işlə təmin olunma ilə bağlı müraciət etsinlər”.