Prezident və xanımı vida mərasimində

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycanın xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikov ilə vida mərasimi keçirilib.

XALQ.AZ xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezidentlə xanımı mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.

Vida mərasimindən sonra bəstəkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.






Comments are closed.