Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib

Bakı şəhər Uşaq Psixonevroloji Mərkəzində   “Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə təşkilatının təşəbbüsü ilə Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbirdən öncə qonaqlara  Uşaq Psixonevroloji Mərkəzinin uşaqlarının əl işindən ibarət sərgi  təqdim olunub.

Sonra qonaqlara 1İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunan tədbirin mahiyyətindən danışılıb. Layihənin rəhbəri Aşura Hüseynova bildirilib ki, məqsəd Autizm,Daun sindromu,Serebral iflic  və digər  fiziki və əqli məhdudiyyətli uşaqları ziyarət edərək,onları əyləncəli proqramlarla sevindirmək, ziyarətə gələn öz yaşıdları ilə birgə onların  asudə vaxt keçirməklərini təmin etməkdir.

Tədbirdə çıxış edənlər gələcəyimiz olan uşaqların  ölkəmizin gələcəyində böyük yer tutacaqını vurğulayıblar. Xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət etmək hər birimizin vətəndaşlıq və insanlıq borcu olduğu önə çəkilib.

Xatırladaq ki, tədbirdə tamaşaçılar tərəfindən sevilən televiziya aparıcısı və xeyriyyəçi Hacı Nuran,Sosioloq Zəminə Səfərova,Əsa teatrının bədii rəhbəri Nihat Qulamzadə,ADA Universitetinin tələbələri ,Bakı Şəhər  245 saylı məktəbin şagird və müəllim kollektivi  iştirak ediblər.

Proqram 245 saylı məktəbin şagirdlərinin və Uşaq Psixonevroloji Mərkəzinin uşaqlarının çıxışlarından ibarət musiqi və rəqs nömrələri ilə davam edib.