2 gün iş olmayacaq

Gələn həftə 2 gün qeyri iş günüdür.

 

XALQ.AZ xəbər verir ki, Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən çərşənbə və cümə axşamı ölkədə istirahə günləridir.

Qurban bayramı bu il avqustun 22-si və 23-cü qeyd olunacaq.

 

 

Orxan