2 məktəbli dəm qazından zəhərlənib

Qaz-1

Xalq.az xəbər verir ki, bu gün axşam saatlarında Siyəzəndə 2 məktəbli dəm qazından zəhərlənib.   Verilən məlumata görə, Siyəzən şəhəri, Sabir küçəsi, 49 ünvanında yaşayan 1996-cı il təvəllüdlü İxtiyar İbrahimov və Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini 1998-ci il təvəllüdlü Aydan Həsənova dəm qazından zəhərləniblər. Onlar Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə yerləşdiriliblər. Hər iki məktəblinin vəziyyətinin orta-stabil olduğu bildirilir. Fakt üzrə araşdırma aparılır