2 uşaq evdə yandı

 

55

İmişli rayonunda faciəli hadisə baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, rayonun Qaralar kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan 1 mərtəbəli 7 otaqlı evin 3 otağının (tavanı qamışdan olan) yanar konstruksiyaları 42 kv.m sahədə yanıb.

 

Yanğının kəşfiyyatı zamanı yanmış otaqların birində ev sahibinin övladları – 1999-cu il təvəllüdlü Şəmmədova Aytac Mehman qızının və 2003-cü il təvəllüdlü Şəmmədov İsmayıl Mehman oğlunun meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.