20 muzdlu əsgər öldürüldü

Liviyada Milli Razılıq Hökumətinə bağlı qüvvələr tərəfindən Sirt şəhərinin ətrafında Xəlifə Haftara bağlı muzdlu əsgərlərin yerləşdiyi mövqelərə aviazərbələr endirilib.

XALQ.AZ xəbər verir ki, bu barədə hökumətə bağlı “Qəzəb vulkanı” əməliyyat qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat çərçivəsində Sirt şəhərinin qərbində yerləşən Əbu-Karin bölgəsinə hücuma hazırlaşan muzdlular məhv edilib. Əks hücum nəticəsində Haftarın 20 muzdlu əsgəri zərərsizləşdirilib, 15-də çox texnikası yararsız vəziyyətə salınıb.