“20 Yanvar” biz gənclər və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir” – Nicat Müslümov

Azəbaycançılıq ideologiyası və milli dövlətçiliyi sevən gənclər üçün ulu öndər Heydər Əliyev yolu hər zaman nümunə olub.

Belə gənclər eyni zamanda ictimai-siyasi aktivlik də göstərirlər. Nicat Müslümov da belə gənclərdən biridir:

20 Yanvar hadisəsi xalqımız üçün nə dərəcədə qəhrəmanlıq nümunəsidir?

– Sovet imperiya başçıları 1990-cı ildə xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün müdhiş bir qırğın planı hazırlamışdılar. M.Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da “dərs vermək” üçün bütün SSRİ ərazisində azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi. “Hər kəs qəlbindən pay biçər” deyiblər babalarımız. Doğru deyiblər. Cəlladlar bizim şəhidlik şərəfimizdən xəbərdar deyildilər. Əliyalın, lakin sinəsində Azərbaycan sevgisi yaşayan yüzlərlə oğul və qızlarımız- 13 yaşlı İlqardan tutmuş, 73 yaşlı Vəfadar kişiyə kimi neçə-neçə insanımız şəhid oldu. Həmin gün düşmən gülləsinə tuş olan İlhamla bu ölümü qəbul etməyib özünə qəsd edən Fərizənin dastanı dillərə düşüb. Ulu öndər Heydər Əliyev deyib ki, 20 Yanvar hadisəsinə hüzn günü kimi deyil, qəhrəmanlıq günü kimi baxılmalıdır. Bu baxımdan, 20 Yanvar günü biz gənclər və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir. Həmin günü insanlar əliyalın silahlı qüvvələrin qarşısına çıxıb və qan su yerinə axıdılıb. Lakin imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Azərbaycan xalqı bu böyük faciədən ibrət dərsi aldı, daha da sıx birləşdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı.

Gənclərdə vətənpərvərlik ruhu hansı səviyyədədir?

Gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi

Vətəndaşlıq borcu, ilk növbədə, insanın yaşadığı torpaqla, vətənlə bağlılığıdır. Vətən borcu vətəndaşlıq borcudur. Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir

Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımız, müstəqilliyimiz və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq

N.Müslümov deyir ki, Azərbaycan xalqının Mübariz İbrahimova sahib çıxmağı, gənc nəslin onun qəhrəmanlığını özlərinə nümunə saymasıdır.

Vətənpərvərlik hissi məktəbli gənclərə hansı yaşa qədər aşılanmalıdır?

“Lap kiçik yaşlardan başlamaq lazımdır. Məsələn, uşaq ana sözü deməyə başlayanda. 2-3 yaşdan sonra uşaqlar çox sual verirlər, hər şeylə maraqlanırlar. Onların suallarını heç vaxt geri çevirmək olmaz. Nə sual verirlərsə, onun yaşı səviyyəsində cavab vermək lazımdır. Torpağımızın çiçəklərindən tutmuş, heykəllərinə qədər məlumat vermək lazımdır. Ən azı Şəhidlər Xiyabanının yanından keçəndə qəhrəmanlar haqqında danışsınlar. Uşağın ilkin qəhrəmanlıq bilikləri nağıllarla bağlı olur. Uşaqlara nağıllarla müqayisəli şəkildə qəhrəmanlarımız haqqında da danışmaq lazımdır”.

Vətənə məhəbbət körpəlikdən, beşikdə ananın dediyi layladan, söylədiyi nağıllardan başlayır. Uşaqlara vətən sevgisi aşılamaq üçün həm də valideynlər o ruhda olmalıdırlar: “Dinimizi, dilimizi, tariximizi, mədəniyyətimizi bilməliyik ki, uşaqlarımıza da aşılayaq. İnsanın öz dilində ən rahat danışdığı, özünü ən rahat ifadə etdiyi ərazi onun dövlətidir. İllərdir formalaşan, ata-babalarımızın qoruduğu mədəniyyəti qorumaq bizim borcumuzdur. Vətən sevgisinin təməli tariximizi, keçmişimizi bilməyimizdən başlanmalıdır. Ulu babalarımızın bizə qanı, canı bahasına yadigar qoyduğu bu torpaqları qorumaq bu gün bizim, sabah övladlarımızın borcudur”.

N.Müslümov deyir ki, evdə, ailədə davranış və danışıqlarımızla nümunə olmalıyıq. Daha sonra bağça, məktəb, universitet, iş həyatı və ömür boyu davam etməlidir. Çünki vətəni sevmənin yaşı, cinsi, məkanı yoxdur: “Hər şərtdə, hər şəraitdə vətənə sədaqətlə bağlı olmalı və uşaqlara da bunu aşılamalıyıq. Dili söz tutmayan körpəmizə çalışıb ilk sözünü “vətən” dedizdirməliyik. Zamanla bayrağımızı onda olan rəngləri, simvolları izah etməliyik, şeirlər əzbərlətməliyik”.

 

Orxan