20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə giriş bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 16 və 17 may tarixlərində Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) XALQ.AZ-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, alternativ olaraq sürücülər Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.