20 Yanvar Ümumxalq Hüzn günü – Bölgələrdə

Rayonun idarə, müəsisə və təşkilatlarında 20 Yanvar şəhidlərinin ildönümü keçirilir

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” na əsasən  ölkəmizdə keçirilən silsilə anım tədbirləri Ağstafada da davam etdirilir. Rayonun Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Xidmət sahəsində,  “Aztelekom” MMC-nin Ağstafa Telekommunikasiya Qovşağında və digər təşkilatlarda 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Anım  tədbirlərində  qeyd edildi ki, Ümummilli liderimiz Heydər Əliyevin  Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək  20 Yanvar faciəsi ilə bağlı kəsgin şəkildə çıxış edib və  Sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etmişdir. 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyev   bu məsələni diqqət mərkəzində saxladı. Həmçinin, 20 Yanvar şəhidlərinin adları əbədiləşdirildi, onların ailələri qayğı ilə əhatə olundu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir və 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.

****

Ağdam rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsinin problemləri ilə maraqlanmışdır

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ağdam şəhərindən məcburi köçkün hazırda rayonun Qaradağlı kəndində müvəqqəti məskunlaşmış 3 şəhid – Allahverdiyev İnqilab, Allahverdiyev Vaqif və Allahverdiyeva Tərlanın anası Allahverdiyeva Qənirənin yaşadığı evdə olmuş, şəhid ailəsinin problemləri ilə yerindəcə maraqlanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasını dinləmiş və onun probleminin həlli üçün müvafiq göstərişlər vermişdir. Şəhid anası öz növbəsində rayon İcra Hakimiyyətinin başçısına onun ailəsində qonaq olduğuna və problemləri ilə yerində maraqlandığı üçün təşəkkürünü bildirmişdir.

****

Körpə fidanlar şəhidləri yad etdilər

19 yanvar 2019-cu il tarixdə Ağcabədi şəhərində yerləşən  körpələr evi-uşaq bağçalarının müəllim və körpə fidanları 20 Yanvar hadisələri ilə əlaqədar Şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.Uşaqlara Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ucaldılmış memorial abidə önündə 20 Yanvar şəhidləri haqqında geniş məlumat verilib. Sonra körpə fidanlar bir dəqiqəlik sükutla şəhidləri yad edib və Allahdan onlara rəhmət diləyərək məzarlarına qərənfillər düzüblər.Sonda  balacalar 20 Yanvar gününə həsr edilmiş şeirlər ,bayatılar səsləndiriblər.

****

Nəsimi rayonunda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin, rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə layihəsi əsasında Bakı şəhərində səfərdə olan Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclərin, “20 Yanvar”  Cəmiyyətinin Nəsimi rayon Təşkilatı üzvlərinin, Qarabağ müharibəsi şəhid ailələri, əlilləri və veteranlarının, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.

20 Yanvar şəhidlərinin, Qarabağ müharibəsi şəhidlərinin və Türkiyə Cümhuriyyəti şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmin nümayişi olmuşdur. Tədbirdə müstəqilliyimizə, suverenliyimizə və şəhidlərimizə həsr olunmuş şeirlər ifa olunmuş, H.Sarabski adına Mədəniyyət Evi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Bədii hissənin sonunda Nəsimi rayon yeniyetmələri və gəncləri vətənə sədaqət andı içdilər. Respublikanın əməkdar artisti Ağalar Bayramovun ifasında şəhidlər və vətənpərvərlik mövzusunda şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki,  Türkiyənin İzmit şəhəri ilə Bakı şəhərinin Nəsimi rayonu arasında “Qardaşlaşmış münasibətlər” mövcuddur və 2015-ci ilin sentyabr ayında Bakıda səfərdə olan İzmit bələdiyyəsi ilə Nəsimi bələdiyyəsi arasında niyyət protokolu imzalanmışdır.  Ötən  dövr  ərzində Nəsimi rayonu və İzmit şəhərində hər iki tərəf üçün əhəmiyyət daşıyan mühüm tədbirlər həyata keçirilmiş, nümayəndə heyətlərinin, o cümlədən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlər baş tutmuşdur.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndə heyəti 2017-ci ilin dekabr ayında  Bakı şəhərinə səfər edərək Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə keçirilən tədbirlərdə, həmçinin 2018-ci ilin may ayının 10-da 4-cü mikrorayonda razılaşdırılmış layihəyə uyğun olaraq, müasir tələblərə cavab verən,  sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış Türkiyə Cümhuriyyətinin İzmit şəhərinin adını daşıyan yeni istirahət parkının açılış mərasimində iştirak etmişdir.

Nəsimi rayon ictimaiyyəti  nümayəndələri 2018-ci ilin fevral ayında Türkiyə Cümhuriyyətində səfərdə olaraq Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə,  Türkiyənin  Kocaeli vilayətinin Körfəz bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırım abidəsinin, həmçinin Sakarya Karasu bölgəsində “Qarabağ” küçəsinin, Xocalı park və abidəsinin açılış mərasimlərində iştirak edərək, Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallarla tədbir iştirakçılarını tanış etmişlər.

Natiq çıxışına davam edərək qeyd etdi ki,, 20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qonaqpərvərliyə və isti münasibətə görə minnətdarlıq edərək 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan səfərin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin  gələcək nəsillərinə qardaşlıq və birlik ideyalarının aşılanmasının böyük əhəmiyyəti vardır. Əmin olduğunu bildirdi ki, səfərdə olan Türkiyəli gənclər və uşaqlar səfər zamanı qardaş Azərbaycan ilə bağlı ətraflı məlumat əldə edəcəklər və bu səfər onların yaddaşına əbədilik həkk olunacaqdır.

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndəsi Türkiyə və Azərbaycan xalqlarının tarixi qardaşlığından danışaraq,  dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün belə qarşılıqlı səfərlərin həyata keçirilməsinin xüsusi rolunu qeyd etdi.

Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olundu.

Yanvar ayının 23-dək davam edəcək səfərdə qonaqlar rayonda keçiriləcək müxtəlif tədbirlərdə iştirak edəcək, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olacaqlar.

****

Nizami rayonunda “20 yanvar – Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib

15 yanvar 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə 62 saylı məktəb-liseydə 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “20 yanvar – Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Cabbarova qonaqları salamlayaraq tədbir haqqında məlumat verib. O, 20 yanvar faciəsinin əsla unudulmadığını, bu qanlı hadisədə əli olanların tarix qarşısında cavab verəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bildirib ki, 20 yanvar faciəsi xalqımızın azadlıq əzmini qıra bilmədi. Əksinə müstəqillik düşüncələrinin formalaşmasına, istiqlaliyyətə gedən yolu yaxınlaşdırdı. S.Vəliyeva bu gün ölkədəki ictimai-siyasi sabitliyə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov 20 yanvar hadisələri ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, bu qanlı hadisədə 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Bu qanlı hadisəyə ilk siyasi qiymətin, məhz o dövrdə Moskva şəhərində yaşayan ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini söyləyən M.İbrahimov, ulu öndərin Azərbaycan nümayəndəliyinə gələrək, hadisədə əli olanları lənətlədiyini və SSRİ rəhbərliyini bu qanlı cinayətlərə görə ittiham etdiyini diqqətə çatdırıb.

Tədbirdə məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

****

Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi doqquzucu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilmişdir.
İnşa yazı müsabiqəsinin nəticəsinə görə 83 №-li  məktəb-liseyin 10 c sinif şagirdi Yaqubova Xədicə Ələsgər qızı I yerə, 115 №-li tam orta məktəbin 11 b sinif şagirdi Şirinzadə Lalə Mikayıl qızı II yerə, 301 №-li tam orta məktəbin 11 a sinif şagirdi Həsənli İlhamə İlham qızı III yerə layiq görülmüşdür.
Müsabiqə çərçivəsində çəkilmiş rəsm əsərləri Binəqədi Gənclər Evinin foyesində nümayiş etdirilmişdir. Rəsmlərdə məktəblilər tərəfindən 20 Yanvar faciəsinin acı nəticələri, xalqımızın mübarizliyi təsvir edilmişdir.

****

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar rayon ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib

14-18 yanvar 2019-cu il tarixlərində Heydər Əliyev Mərkəzi tərəfindən ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün qeyd olunması ilə əlaqədar mühazirələr keçirilib.

Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərə 20 Yanvar faciəsinin yaranma səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə geniş məlumat verilib, Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışılıb.

Bildirilib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Həmin gün xalqımızın ürəyində illərlə qalmış azadlıq, müstəqillik eşqinin oyanış günüdür. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib.
Tədbirlərdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar, mövzu ilə bağlı video-çarxlar və rəsm əsərləri nümayiş etdirilib.

****

“ İstiqlalın sönməyən çıraqları”- 20 Yanvar faciəsinin 29-cu ildönümü

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması idi. 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə Sovet ordusu Bakıda, respubli-kamızın digər şəhər və rayonlarında xalqımıza qarşı kütləvi qırğınlar törətdi, milli azadlıq mübarizəsi xalqımızı müstəqilliyə qovuşdurdu. İndi həmin tarixdən bizi 29 il ayırır.

Yasamal rayon İcra Hakimiyyəti M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş rayon tədbiri keçirdi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə və müəssisə rəhbərləri, İctimai Birliklərin rayon təşkilatları, ictimaiyyətin nümayəndələri, 20 Yanvar şəhid ailələri və əlilləri, müəllimlər və şagirdlər iştirak etdilər.

Yığıncaq başlamamışdan öncə 20 Yanvar şəhidlərinin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Süleymanova vurğuladı ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il ötür. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışdı. Qeyd etdi ki, o müdhiş gecədə günahsız insanların qanı axıdılıb, azadlıq yolunda Vətən övladları canlarını qurban veriblər. Əziz Əzizov 20 Yanvar hadisələri ilə əlaqədar ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında bəyanatla çıxış etdiyini və günahsız insanlara qarşı törədilən bu amansız qətliama qarşı kəskin etirazını bildirdiyini, cinayətkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini diqqətə çatdırdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. 20 Yanvarın tariximizin qanlı, həm də şanlı səhifəsi olduğunu deyən Əziz Əzizov bu hadisənin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu söylədi. Bu gün müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə qazanılan nailiyyətlərin ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi. 20 Yanvar faciəsində Sovet silahlı cəza dəstələri tərəfindən 100 nəfərdən çox insanın öldürülməsi və 744 nəfərin yaralanması onu təsdiq edir ki, azadlıq və müstəqillik uğrunda gedən mübarizənin bütün mərhələlərində hər bir azərbaycanlı fədakarlıq göstərməyə, hətta ölümə belə hazır idi.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov öz çıxışında 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsi olduğunu vurğuladı.Bildirdi ki, böyük itkilərə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi ermənipərəst, satqın Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan xalqımızın mübarizliyini, əzmkarlığını, məğrurluğunu nümayiş etdirdi.

20 Yanvar şəhidi Şövkət Ağayevin qızı Sevinc Ağayeva 27 il sonra möhtərəm Prezident Cənab İlham Əliyevin sərəncamı ilə atasına 20 Yanvar şəhidi statusunun verilməsinə görə ölkə başçısına ailəsi adından minnətdarlığını bildirdi.

18 nömrəli məktəbin şagirdlərinin ifasında “ İstiqlalın sönməyən çıraqları” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin əziz xarirəsinə ehsan süfrəsi verildi, ruhlarına dualar oxundu. Həmçinin, rayon İcra Hakimiyyəti tərəfindən şəhid və əlil ailələrinə ərzaq yardımları paylandı.

****

Xəzər rayonunda “20 Yanvar” faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

18 yanvar 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirdə Xəzər RİH Başçısının I müavini E.Salahov, RİHB-nın müavini A.Balayev, YAP Xəzər rayon Təşkilatının sədri N.Əhmədov, RİH Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatların sədrləri və  rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Sarayının foesində təşkil olunmuş rayon məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşdular.
Daha sonra 20 Yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra,  Azərbaycanın Milli Qəhrəmanları batalyon komandiri Elxan Zülfüqarova həsr olunmuş “Ömrün 40 anı” və tağım komandiri Rövşən Hüseynova həsr olunmuş “Tələbələr döyüşə gedir” sənədli filmləri  nümayiş olunmuşdur.

 

****

Rayon İcra Hakimiyyətində 20 yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirilib

Müstəqillik tariximizə şərəfli  bir gün kimi yazılan 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində  şəhid ailələri və əlillərlə görüş keçirilib.
Rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rafiq Quluyev  bildirib ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti isə yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub. Qeyd olunub  ki, faciədə şəhid olanların ailə üzvlərinin və əlil olanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Rayon ərazisində yaşayan  şəhid ailələri və  əlillərin  dövlət qaygısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə baglı konkret tədbirlər həyata keçirilir.
Çıxış edən şəhid ailələri isə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Tədbirin sonunda şəhid ailələrinə və əlillərə maddi yardım olunub.

****

Səbaildə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hər il olduğu kimi rayon rəhbərliyi, respublika «20 Yanvar» cəmiyyəti  və rayonun ictimai təşkilatlarının nümayənlərinin iştirakı ilə rayonda yaşayan  20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş rayon sakinləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vuqar Zeynalov qeyd etmişdir ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş Sovet ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Ümummilli Liderimiz Heydər Əliyev  hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman  diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

****

Suraxanıda «20 Yanvar» faciəsi anılır

Qanlı «20 Yanvar» faciəsinin 29-cu ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonunda silsilə tədbirlər davam edir. Rayonun 281, 101, 118, 140, 232, 275 nömrəli tam orta məktəblərində də “20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda xatirə anım mərasimləri keçirilmiş, məktəblilər arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilmişdir.
Növbəti belə tədbirlərdən biri də rayonun səhiyyə işçilərinin iştirakı ilə 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilib. Əvvəlcə «20 Yanvar» şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükut yad edilib.
Tədbirdə 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Sidiqə Məmmədova faciə ilə bağlı çıxış edərək bildirdi ki, 1990-cı ildə Bakıda «20 Yanvar» və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi: ”Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, xalqımıza qarşı soyqırımı və azərbaycanların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Sovet Ordusunun xüsusi təyinaylı bölmələrinin və Daxili Qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşahidə edildi. 1990-cı il yanvarın 19-da M.S.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də Respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş, onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış, 4 şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdi. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir.
Eyni zamanda, fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü”. 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Şəfa Yusifova, 8 saylı Uşaq Poliklinikasının həkimi Mehriban Hüseyinova söylədilər ki, Sovet İmperiya qoşunlarının xalqımıza qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq: “Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. M.S.Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda “ rus və erməni kartı”ndan məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremist”lər tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində bu, açıq riyakarlıq və ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada Daxili Qoşunların 11, 5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı Qarnizonunun çoxsaylı hərbi hissələri, Hava Hücumundan Müdafiə Qüvvələri var idi. Hətta 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi”.
Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev söylədi ki, həmin gün qətliamla bağlı məlumatlar verilməsin deyə, televiziyanın enetji bloku partladıldı: “Faciə ilə bağlı heç bir məlumat verilmədi. Lakin «20 Yanvar» günü ulu öndər Heydər Əliyev Moskva şəhərində Azərbaycan Səfiriliyinə gəlib, «20 Yanvar» faciəsini dünya ictimaiyyətinə çatdırdı. M. Qorbaçovun və eləcə də onun əlaltılarının əlinin Azərbaycan xalqının qanına batdığını dedi və Sov. İKP sıralarından istefa verdi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, Milli Azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi: “Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bakının ən yüksək nöqtələrinin birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, «20 Yanvar» qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüçlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.
Fəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq…

****

20 yanvar – xalqımızın Qəhrəmanlıq salnaməsidir

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Mərasimdən öncə 20 Yanvar faciəsinin iştirakçılarının və 20 yanvar şəhidinin ailəsinin Qaradağ rayon rəhbərliyi ilə görüşü təşkil olundu. Görüşdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da iştirak edirdi.
20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən rayon rəhbərliyi Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini almışdır.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək bildirdi ki, 20 yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir və bu faciə xalqımızın yaddaşında əbədi qalacaqdır. Dövlət tərəfindən faciə qurbanlarının əziz xatirəsi daim xatırlanacaq, 20 yanvar əlilləri, iştirakçıları isə daim diqqət və qayğı ilə əhatə olunacaqdır.
Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirildi.
Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərildi.
Görüşdən sonra 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “20 yanvar – xalqımızın Qəhrəmanlıq salnaməsidir” adlı ümumrayon anım mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Aydın Hüseynov, Şura üzvləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 5 nömrəli Uşaq İncəsənət Məktəbinin və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı 20 yanvar hadisələrinə həsr olunmuş rəsm sərgiləri ilə tanış oldular.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasim 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başlandı.
Filmdə imperiya ideyaları uğrunda günahsız insanlara qarşı törədilən amansız vəhşilik bir daha izlənildi.
Qaranlıq gecəni işıqlandıran güllələr, qorxulu səsi ilə irəliləyən tanklar, nifrət hissləri ilə dolu amansız əsgərlər mübariz xalqın üzərinə gedirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu.
Görünməmiş qəddarlıqla keçən gecədə heç bir günahı olmayan onlarla dinc sakin öldürüldü, yaralandı. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı.
Daha sonra tədbir Qaradağ rayonunun Müşviqabad qəsəbəsindəki Mədəniyyət evi kollektivinin və Qaradağ rayon ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
Tədbir Azərbaycan Respublikası Dövlət himnin sədaları ilə yekunlaşdı.

****

Nəsimi rayonunda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin, rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə layihəsi əsasında Bakı şəhərində səfərdə olan Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclərin, “20 Yanvar”  Cəmiyyətinin Nəsimi rayon Təşkilatı üzvlərinin, Qarabağ müharibəsi şəhid ailələri, əlilləri və veteranlarının, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.

20 Yanvar şəhidlərinin, Qarabağ müharibəsi şəhidlərinin və Türkiyə Cümhuriyyəti şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmin nümayişi olmuşdur. Tədbirdə müstəqilliyimizə, suverenliyimizə və şəhidlərimizə həsr olunmuş şeirlər ifa olunmuş, H.Sarabski adına Mədəniyyət Evi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Bədii hissənin sonunda Nəsimi rayon yeniyetmələri və gəncləri vətənə sədaqət andı içdilər. Respublikanın əməkdar artisti Ağalar Bayramovun ifasında şəhidlər və vətənpərvərlik mövzusunda şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki,  Türkiyənin İzmit şəhəri ilə Bakı şəhərinin Nəsimi rayonu arasında “Qardaşlaşmış münasibətlər” mövcuddur və 2015-ci ilin sentyabr ayında Bakıda səfərdə olan İzmit bələdiyyəsi ilə Nəsimi bələdiyyəsi arasında niyyət protokolu imzalanmışdır.  Ötən  dövr  ərzində Nəsimi rayonu və İzmit şəhərində hər iki tərəf üçün əhəmiyyət daşıyan mühüm tədbirlər həyata keçirilmiş, nümayəndə heyətlərinin, o cümlədən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlər baş tutmuşdur.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndə heyəti 2017-ci ilin dekabr ayında  Bakı şəhərinə səfər edərək Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə keçirilən tədbirlərdə, həmçinin 2018-ci ilin may ayının 10-da 4-cü mikrorayonda razılaşdırılmış layihəyə uyğun olaraq, müasir tələblərə cavab verən,  sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış Türkiyə Cümhuriyyətinin İzmit şəhərinin adını daşıyan yeni istirahət parkının açılış mərasimində iştirak etmişdir.

Nəsimi rayon ictimaiyyəti  nümayəndələri 2018-ci ilin fevral ayında Türkiyə Cümhuriyyətində səfərdə olaraq Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə,  Türkiyənin  Kocaeli vilayətinin Körfəz bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırım abidəsinin, həmçinin Sakarya Karasu bölgəsində “Qarabağ” küçəsinin, Xocalı park və abidəsinin açılış mərasimlərində iştirak edərək, Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallarla tədbir iştirakçılarını tanış etmişlər.

Natiq çıxışına davam edərək qeyd etdi ki,, 20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qonaqpərvərliyə və isti münasibətə görə minnətdarlıq edərək 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan səfərin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin  gələcək nəsillərinə qardaşlıq və birlik ideyalarının aşılanmasının böyük əhəmiyyəti vardır. Əmin olduğunu bildirdi ki, səfərdə olan Türkiyəli gənclər və uşaqlar səfər zamanı qardaş Azərbaycan ilə bağlı ətraflı məlumat əldə edəcəklər və bu səfər onların yaddaşına əbədilik həkk olunacaqdır.

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndəsi Türkiyə və Azərbaycan xalqlarının tarixi qardaşlığından danışaraq,  dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün belə qarşılıqlı səfərlərin həyata keçirilməsinin xüsusi rolunu qeyd etdi.

Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olundu.

Yanvar ayının 23-dək davam edəcək səfərdə qonaqlar rayonda keçiriləcək müxtəlif tədbirlərdə iştirak edəcək, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olacaqlar.

****
DAŞKƏSƏNDƏ 20 YANVAR FACİƏSİNİN 29-CU İLDÖNÜMÜ DƏRİN EHTİRAMLA YAD EDİLİB

Daşkəsəndə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə rayon ictimaiyyətinin 4 mindən çox nümayəndəsinin iştirakı ilə rayon Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevın adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.
Rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər tərəfindən qəmli musiqilərin sədaları altında şəhid məzarları ziyarət olunub, şəhid qəbirlərinin üzərinə tər güllər və çiçəklər düzülüb.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ictimaiyyətinin bütün təbəqələrindən olan  nümayəndələrin iştirakı ilə ümumrayon yığıncağı da keçirilib.
20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, faciənin mahiyyətini özündə əks etdirən “Ağrılı xatirələr” adlı sənədli film nümayiş etdirilib. “SƏS” Mediya Qrupunun  rəhbəri Bəhruz Quliyevin rəhbərliyi altında hazırlanmış “Ağrılı xatirələr” filminin çəkilməsinin ideya müəllifi, sifarişçisi və məsləhətçisi Daşkəsən Rayon İcra hakimiyyətinin Başçısı Əhəd Abıyevdir.
Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində çıxış edərək 20 Yanvar faciəsinin mahiyyətindən bəhs edən dərin məzmunlu nitq söyləyib.
O, çıxışında deyib:
– Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il ötür. Bu ötən illər ərzində xalqımız bu hadisəni unutmur, hər il şəhidlərimizin əziz ruhunu dərin ehtiramla yad edir.
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
1990-cı il yanvarın 19-dan 20-nə ke¬çən gecə Bakıda sovet ordusu tərə¬fin¬dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı ha¬di¬sənin törədilməsində əsas məqsədlər-dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy-yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız in¬san¬ların gülləboran edilməsi əməliy¬yatı  SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təx¬ribat qrupları tərəfindən təşkil olun¬muş¬du. Bu, Azər¬baycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sın¬dırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet impe¬riyasının rəhbərliyi Bakıda “er¬məni kartından” məharətlə istifadə etdi. Gu¬ya Bakıya qoşun onları, hərbi qulluq¬çuların ailə¬lərini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riya¬karlıq, imperiyanın növbəti qəddar¬lığını ört-basdır etmək üçün qabaq¬cadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlil¬ləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlan¬dırıl¬mış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
M. Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusi¬yasının 71-ci maddələrini kobud şə¬kildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziya¬sının enerji blokunu partlatdı, respubli¬kada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki, M.Qorbaçovun Azər¬baycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.
…Xalq o günlərdə böyük bir həqi¬qəti – meydanda həqiqi liderin olma¬masını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamağına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu.
Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azər-baycanın Moskvadakı daimi nümayən¬dəliyinə gəldi. Ulu öndər təcavüzə kəs¬kin etirazını bildirdi, faciəni törədən¬ləri, şəxsən M.Qorbaçovu kəskin it¬tiham etdi, qoşunların Bakıdan çıxarıl¬masını tələb etdi. Xalqımızın ümum¬milli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində, Mos¬kvada…
XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və in¬sanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasna-məsinin, Beynəlxalq İnsan haqları Bəyannamə¬sinin, insan haqlarına dair digər beynəl¬xalq aktların çoxsaylı müddəa¬ları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymət¬lən¬dirmək yolunda ciddi addımlar atıldı. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi və 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Ulu öndər şəhid ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirmiş əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Preziden¬tinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərə¬rək həlak olmuş Azərbaycan Respubli¬kası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil¬lərin problemlərinin dövlət səviyyəsin¬də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqa¬mətdə böyük tədbirlər həyata keçirilir. şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən¬dirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.
Bu il xalqımız 20 Yanvar hadisələ¬rinin 29-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möh-tə¬şəm məkanında Vətən uğrunda can¬la¬rını qurban vermiş mərd, igid oğul və qızla¬rımızın uyuduğu Şəhidlər xiya¬ba¬nı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs¬tə¬qil¬liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

****

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

20 yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrində,  idarə və müəssisələrdə anım tədbirləri keçirilmişdir.
   Rayon  məktəbliləri arasında “20 Yanvar” faciəsinə həsr olunmuş rəsm və inşa müsabiqələri, ümumtəhsil məktəblərində faciə ilə bağlı xüsusi dərslər keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər “Şəhidlər Xiyabanı”nı ziyarət etmişlər.
   Anım tədbirlərinin yekunu  olaraq 20 yanvar 2019-ci il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələrinin, idarə və müəssisələrin kollektivlərinin, rayon məktəblərinin müəllim və şagird kollektivlərinin, hərbiçilərin iştirakı ilə ümumrayon anım tədbiri keçirilmişdir.
  Tədbirin iştirakçıları “Şəhidlər” Abidə Kompleksində 1990-cı ilin 20 yanvarında sovet imperiyasının işğalçı niyyətinə qarşı mübarizədə şəhid olmuş həmyerlimiz Səxavət Quliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoyaraq, ruhlarını ehtiramla yad etmişlər.
****

Biləsuvarda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Azadlıq fədailəri” adlı tədbir keçirildi

19 yanvar 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti və Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 29-ci idönümünə həsr olunmuş “Azadlıq fədailəri” adlı tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və ictimayyətin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları  20 yanvar hadisələrinə həsr olunmuş rəsm sərgisi ilə tanış oldular, və  şəhidlərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova 1990-cı il 20 Yanvar hadisələrindən danışaraq bildirdi ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.  bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur.O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Ulu Öndər müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki,  dünya ölkələri  20 Yanvar hadisələrinə  siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı  bir hadisə  kimi tanınsın.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət və Turizim idarəsinin müdir müavini Rəfiqə Cəfərova və digərləri çıxış edərək 20 yanvar hadisələrinin Azərbaycanın tarixindəki rolundan və 20 yanvar şədlərimizin azadlıq və müstəqillik yolunda apardıqları mübarizədən danışdılar.
Sonda rayon mədəniyyət işçilərinin hazırladıqları əbədi-bədii kompozisya  nümayiş olundu

 

****

20 Yanvar faciəsindən 29 il ötür

Qara Yanvar, Qanlı Yanvar və ya sadəcə 20 Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi və dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu.
     Bu qanlı hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində – heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır”.  Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
      1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı. 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı nadir səhifələrdən biri kimi yazılıb. Şəhidlər son mənzilə möhtəşəm izdihamla yola salındı. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici idi. Xüsusən ona görə ki, bu ağır gündə milli ləyaqət hissini qoruyub saxlayan xalq ona tuşlanmış silahlara, açılan atəşlərə baxmayaraq, qəhrəman övladlarının cənazələrini uzun yolboyu çiyinlərində daşıdı.
****

Mingəçevir şəhər Dövlət Rəsm Qalereyasında 20 Yanvar şəhidlərinə həsr olunmuş sərgi

Mingəçevir Dövlət Rəsm Qalereyasında 20 Yanvar şəhidlərinə həsr olunmuş sərgi təşkil olunmuşdur. Yanvarın 16-da baş tutan sərgidə Mingəçevir məktəblilərinin əl işlərindən ibarət rəsm nümunələri nümayiş edilmişdir. Müxtəlif səpgilərdə işlənmiş rəsm əsərləri mahiyyətcə bir məna daşıyırdı. 20 Yanvar hadisələri keçmiş sovetlər birliyi rəhbərliyinin Azərbaycan xalqına qarşı törədilmiş ən qəddar cinayət hadisəsidir. Xalqın birliyi, əzmkarlığı, qəhrəmanlığı, mərdliyi məkrli düşmənə layiqli cavabdır. Topla, tankla, öldürücü silahlarla xalqın iradəsini qırmaq olmaz! Sərgidə nümayiş olunan balaca rəssamların çəkdikləri əsərlərdən doğan yekdil fikir belə idi: Ölərik, azadlığımızı əldən vermərik. Vətən yenilməzdir!
Mingəçevir Dövlət Rəsm Qalereyasında təşkil olunan sərginin açılışında şəhər ictimaiyyətinin nümyəndələri ilə yanaşı təhsil işçiləri, ümumtəhsil orta məktəblərinin nümayəndələri, məktəblilər, şəhər sakinləri iştirak edirdilər. Tədbiri Mingəçevir Dövlət Rəsm Qalereyasının rəhbəri Böyükkişi Adilbəyli açaraq təşkil olunan sərgi haqqında fikirlərini açıqladı, yaradıcı məktəblilərə uğurlar arzuladı.
Tədbirdə iştirak edən Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçılar qarşısında 20 Yanvar hadisələrindən ətraflı bəhs etməklə xalqımızın əzmkar mübarizəsini xatırlatdı. 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirdi. Sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə etdi. Ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyevin 20 Yanvar şəhidlərinin, bütövlükdə Azərbaycan xalqının azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək üçün həyata keçirdiyi tədbirlərdən bəhs etdi. Şəhidlərin ruhuna Allahdan dualar dilədi.
Sonda Rəsm Qalereyasında təşkil olunan rəsm əsərləri ilə tanış oldu.

 

 

 

 

****

MASALLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI

20 yanvar 2019-cu il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilmişdir.
Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmişlər.
Anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, məktəblilər, ziyalılar, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq şəhidlərin ruhunu ehtirmla yad etmişlər.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları veriləcəkdir.

****

20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ LƏNKƏRANDA BÖYÜK EHTİRAMLA ANILIB

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən iyirmi doqquz il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.
20 Yanvar faciəsinin ildönümü Lənkəranda şəhidlərin ruhuna böyük ehtiramla qeyd olunub. Bu münasibətlə yanvarın 19-da səhər saatlarından minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək 20 Yanvar qurbanlarının xatirəsini yad edib.
Mərasim zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər Xatirə Kompleksinin önünə gül-çiçək dəstələri düzüblər.
Yanvarın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilib.
Görüşdən öncə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra İcra başçısı Taleh Qaraşov görüşü açaraq 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının mühüm tərkib hissəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların şücaətindən danışıb. Görüşdə çıxış edən 20 Yanvar şəhidi ailələrinin üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Tədbirdə 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə maddi yardımlar edilib.
Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 nəfər lənkəranlı şəhid olub. Onlardan 5 nəfəri Bakıda, 5 nəfəri Lənkəran rayonunun Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə qətlə yetirilib, 1 nəfəri isə rus hərbçiləri tərəfindən vertolyotda boynuna məftil bağlamaqla amansızcasına boğularaq öldürülüb.

****

20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirildi

Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı”na uyğun olaraq rayon məktəblərində, idarə, təşkilat və müəssisələrdə 20 yanvar şəhidlərinin xatirəsini yad etmək məqsəd ilə silsilə tədbirlər keçirilmişdir.
Tədbirlər planına uyğun  olaraq  19 yanvar 2019-cu il tarixdə rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksində ümumrayon anım mərasimi keçirildi.
Rayon icra hakimiyyəti başçısı, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri, məktəblilər “Şəhidlər” abidə kompleksinin önündə tər gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər.
Sonra mərasimdə Malik Bağışov adına şəhər 3 saylı tam orta məktəbin şagirdlərin ifasında ədəbi bədii kompozisiya nümayiş etdirildi.

****
Kürdəmirlilər şəhidlərin əziz xatirəsini yad etdilər

Bu gün  Kürdəmir rayonunda   “20 Yanvar”- faciəsi qurbanlarının iyirmi doqquzuncu ildönümü – Ümumxalq Hüzn Günü böyük ehtiramla yad edilib.
İlk öncə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat  rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 2016-cı ilin aprel ayının 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz baş leytenant, şəhid Əbu Bəkr İsmayılovun yaşadığı evin qarşısındakı barolyefin önünə gül dəstəsi qoydular. Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki,  Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayıb və qalmayacaqdır. Möhtərəm Prezidentimiz Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız Şuşada, Laçında, Xankəndində, eləcə də Dağlıq Qarabağın hər bir güşəsində dalğalanacaqdır.
Daha sonra tədbir iştirakçıları  rayonun  20 Yanvar parkına gələrək  “Ana harayı”  abidəsinin  önünə  gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.
Mərasimdə  məktəblilərin  ifasında  20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompazisiya dinlənildi, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi və 20 Yanvar faciəsini özündə əks etdirən kitablarla tanış oldular.
Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlər xiyabanında ucaldılmış “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzdülər. Rayon şəhidlərinin məzarlarını ziyarət edərək onların məzarlarının üzərinə tər-çiçəklər qoydular.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov şəhid ailələrinə baş sağlığı verərək, şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd etdi. Tezliklə ölkə rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan doğma ata-baba yurdlarımızın azad eiləcəyini bildirdi.
Tədbir iştirakçıları eyni zamanda Sığırlı kəndində 2016-cı ilin aprelin 1-dən 2-sinə keçən gecə cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan Ordusunun Giziri Tural Qurbanovun məzarını və rayon ərazisində olan digər şəhidlərin məzarını ziyarət etdilər.
Həmin gün rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirildi, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verildi.

****

“20 Yanvar” şəhidi Valeri Boqdanovun ailəsi ziyarət olunub

“20 Yanvar” faciəsinin 29-cu ildönümü ərəfəsində gəncəli şəhid Valeri Boqdanovun ailəsi ziyarət olunub. Şəhər rəsmiləri, bir qrup dəmiryolçu və KİV nümayəndələri şəhidin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Vəfa Abbasova, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev, Gəncə Şəhər Kəpəz Rayon bələdiyyəsinin sədri Yaşar Abdullayev və DYQSC-Yük Daşımaları üzrə qərb bölgəsinin nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova Valeri Boqdanovun anası Valentina Boqdanovaya şəhər rəhbərinin salamlarını çatdırıb, ona başsağlığı verib. O bildirib ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq çox böyük şərəfdir. Valeri Boqdanov da bu şərəfə nail olan kəslərdən biridir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini əziz tutmaq, yaşatmaq isə hər birimizin vətəndaşlıq borcudur.

Görüşdə Valeri Boqdanovun keçdiyi ömür yoluna nəzər salınıb. Rostov Dəmiryolu Universitetinin məzunu olan Valeri Boqdanov Gəncədə dəmiryolu sahəsində çalışıb. Valeri sonrakı dövrlərdə Bakıda Milli Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Valeri Boqdanov Xəzər sahillərində ölkəmizin sərhədlərini qoruyarkən qəhrəmancasına şəhid olub.

Şəhidin anası Valentina Boqdanova gələn qonaqlara öz minnətdarlığını bildirib. Hər zaman sülh və əminamanlığın olmasını, eyni hadisələrin bir daha təkrarlanmamasını arzu edib.

Gəncə Şəhər İcra Hakimiyyəti adından Boqadanovlar ailəsinə sovqat təqdim edilib.

Qeyd edək ki, Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. O, Boqdanovlar ailəsinin yeganə oğlan övladı olub.

****

Gədəbəy rayonunda idarə, müəssisə, təşkilat rəhbərlərinin və məktəb direktorlarının iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirildi.,

****

Qazaxda “Şəhidli, şahidli gecə” adlı rəsm sərgisi və kompozisiya nümayiş olunub

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi Qazax rayon şöbəsinin və rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Şəhidli, şahidli gecə” adlı rəsm sərgisi və kompozisiya nümayiş olunub.
Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgidə Qazax RİHB aparatının məsul işçiləri, Qarabağ müharibəsi əlilləri və veteranları, Bakı Dövlət Universiteti Qazax fillialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim-tələbə kollektivləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, KİV nümayəndələri iştirak ediblər.
20 Yanvar faciəsini özündə əks etdirən sərgidə qalereyanın fondundan və rayon məktəblilərinin, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin 20 Yanvar faciəsinə həsr olunmuş 70 əsəri sərgilənib. Məktəb şagirdlərinin əl işlərinin nümayiş olunduğu sərgidə faciə qurbanlarını əks etdirən rəsmlər yer alıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərgidə iştirak etmək üçün Qazax Dövlət Rəsm Qalereyasına gəlib.
Tədbir Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlayıb.
Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra icra başçısı və sərgi iştirakçıları Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan 20 Yanvar faciəsini özündə əks etdirən məktəblilərin əl işləri ilə tanış olublar. Rayon rəhbəri hər bir rəsmin qarşısında dayanaraq əl işlərinə baxıb, məktəblilərlə söhbət edib, bu istedadlı uşaqların rəsmlərdə nə demək istədikləri ilə maraqlanıb. Uşaqlar çəkdikləri rəsmlər haqqında məlumat verməklə yanaşı, 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləyiblər. Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Nərmin Tatlıyevanın, Türkan İsgəndərovanın, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Növrəstə Haqverdiyevanın, Fatimə və Sənubər Məmmədovaların şəhidlərimizə həsr etdikləri şeirlər sərgiyə toplaşanlar tərəfindən qürur hissi ilə qarşılanıb.
Tədbirin aparıcısı, gənc rəssam Akif Əmirov rayon rəhbərliyinə məktəblilərin əl işlərindən ibarət olan sərgi barədə məlumat verib. Qeyd olunub ki, uşaqlar 20 Yanvar faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandıra biliblər. Rəsmlərdə düşmənə nifrət canlı şəkildə əks etdirilib.
Daha sonra İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin şagirdləri Sevda Qocalıyevanın, Əfqan Osmanovun, Fidan Hüseynovanın, Vahid Məmmədovun, Şəfa Qurbanovanın, Nazim Şaqumovun, Çinarə Ömərovanın, Nigar Vəliyevanın, Validə Şəmilovanın, Nurcan Əsgərovanın iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin törədilməsindən 29 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilmişdir. Faciə zamanı yüzlərlə insan şəhid olmuş, yaralanmış və xəsarət almışdır. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi.
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ümummilli lider ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir.
“Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır”,- deyən rayon rəhbəri bildirib ki, bu ucalığa yüksələnlərin ömür yolu gələcək nəsillər üçün örnəkdir. 20 Yanvar şəhidlərinin mübarizəsi də Azərbaycan xalqının qəhrəmanlıq tarixi, vətənpərvərlik dərsidir. Qətiyyətli lideri və güclü ordusu olan Azərbaycan xalqı əmindir ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır! Xalqımız bir daha soyqırımlarla, faciələrlə sınağa çəkilməyəcəkdir! Çünki Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin yolunu qətiyyətlə davam etdirərək ölkəmizin müstəqilliyini daimi və əbədi edib.
Rayon rəhbəri qeyd edib ki, bu gün Respublika Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Hər il 20 Yanvar faciəsinin ildönümü ölkəmizdə geniş qeyd olunur.
İcra başçısı bildirib ki, bu gün minlərlə şəhidi olan Azərbaycanda düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi və 7 nəfər Milli Qəhrəmanı var.
“Bu gün biz azad şəkildə yaşayırıqsa, bunu şəhidlərimizə borcluyuq”, – deyən rayon rəhbəri Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edib. Nəinki şəhidlərimizə, eləcə də Qarabağ müharibəsi veteranlarına, əlillərinə də daim diqqət və qayğı göstərildiyini bildirib.
Gənc rəssam Akif Əmirov çıxış edərək bildirib ki, 20 Yanvar günü tariximizə qanla yazılsa da, bu gün biz qürur gününü yaşayırıq. Şəhidliyin uca zirvə olduğunu bildirən gənc rəssam bu ali məqamın Allah qatında da yüksək dəyəri olduğunu qeyd edib. Şəhidlərin hər bir azərbaycanlının övladı olduğunu və daim qəlblərdə yaşadıqlarını vurğulayıb. Bu cür sərgilərin davamlı olmasının vacibliyini önə çəkərək gənc və yeniyetmələrin vətənpərvər ruhda böyüməsində böyük rolu olduğunu bildirib.
S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi Qazax rayon şöbəsinin sədr müavinləri Xasay Balayev, Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək 20 Yanvar hadisələrindən söhbət açıb, həmin gün xalqımızın igid oğul və qızlarının göstərdikləri şücaətdən danışıblar. Bu gün təşkil olunan sərginin məktəblilərin vətənpərvər ruhda böyüməsində, tərbiyə olunmasında, gənclərin öz tarixi keçmişinə sahib çıxmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Qazax Dövlət Rəsm Qalereyasının sərgi salonunda sərgilənən rəsmlər, nümayiş etdirilən matəm kompozisiyaları, söylənilən şeirlər bir daha sübut edib ki, bugünkü nəsil vətənpərvər ruhda böyüyür və bunun üçün Qazaxda məqsədyönlü işlər həyata keçirilir.

****

Naftalan şəhərində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı anım tədbiri keçirilib

20 yanvar 2019-cu il tarixdə  Naftalan şəhərində Azərbaycan tarixinin ən faciəli və eyni zamanda şərəfli səhifəsi olan, həmçinin müstəqillik uğrunda mübarizəsinin qəhrəmanlıq nümunəsi olan 20 Yanvar faciəsinin iyirmi  doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə iştirak edən şəhər rəhbərliyi, hüquq-muhafizə orqanlarının əməkdaşları,səhiyyə və təhsil işçiləri,həmçinin şəhər ictimayətinin nümayəndəri “Xatirə kompleksi”ni ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə əklil və gül dəstələri qoyublar. Daha sonra şəhidlik zirvəsinə yüksəlmiş insanlarin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin sonunda şəhidlərin xatirəsinə dualar oxundu.

****
Qəbələ Müalicə Diaqnostika Mərkəzində “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü” ilə əlaqədar olaraq tədbir keçirilmişdir.

“20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü” ilə əlaqədar olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzində toplantı keçirilmişdir. İlk öncə tədbir iştirakçıları “20 Yanvar faciəsi” şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən Mərkəzin baş həkimi Ceyhun Əhmədov iştirakçılara “20 Yanvar faciəsi”nin baş vermə səbəbləri haqqında ətraflı məlumat vermiş, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələrdən söz açmışdır. Mərkəzinin həkimi Kamal Məmmədov çıxış edərək diqqətə çatdırmışdır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləboran edildi. Həmin gün həkimlər, universitetin tələbələri vəzifə borclarını vicdanla yerinə yetirərək çox çətin şəraitdə, əksər hallarda şam işığında yaralılara yardım göstərdilər. Diqqətə çatdırılmışdır ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Ümummilli Lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək öz etirazını bildirmiş və bu hakimiyyətə gəldikdən sonra bu faciəyə hüquqi və siyasi qiymət vermişdir. Toplantıda çıxış edən mərkəzin həkimləri 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində şanlı səhifə adlandırıblar. Çıxışlarda bildirilib ki, Azərbaycana qarşı torpaq iddiaları ilə başlayan prosesin davamı olan 20 Yanvar hadisələri xalqımızın mübarizə əzmini qıra bilməyib, əksinə bu hadisələr Sovet İttifaqının süqutunda önəmli rol oynayıb. Qeyd olunub ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq istəyini əlindən ala bilmədi. 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu deyən natiqlər bu cür hadisələrdən ibrət götürərək müstəqilliyimizi qorumağın ən müqəddəs məqsəd olduğunu ifadə ediblər.

****
20 Yanvar faciəsinin 29-cu ildönümü

Qubadlı rayonunda “20 Yanvar faciəsi”nin 29-cu il dönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu tədbirlərin yekunu olaraq 19 yanvar 2019-cu il tarixində Bəhmən Mehdiyev adına Qubadlı rayon Şəhər-2 saylı tam orta məktəbdə Qubadlı rayon İcra Hakimiyyətinin, YAP Qubadlı rayon təşkilatının və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar” şəhidlərinin anım mərasimi keçirildi. Təşkil olunmuş tədbirdə RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
Tədbir iştirakçıları xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, məktəbin direktoru Məmmədov Yavər tərəfindən açıq elan edilən mərasimdə “20 Yanvar” faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Sonra Qubadlı rayon Şəhər-1 saylı tam orta məktəbin müəllimi Ayna İsaqova məruzə ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı 137 insan şəhid olmuş, 744 adam ağır xəsarət almış, onlardan 331 nəfəri bu gün də əlil olaraq qalır. Həmin hadisədə Azərbaycanda 870 nəfər həbs olunmuş, müxtəlif işgəncələrə məruz qalmışlar. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı.
Sonra çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq qeyd etdi ki, bu gün 20 Yanvar hadisələrinin milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müthiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Hal-hazırda əsası Ulu Öndər tərəfindən qoyulan və bu siyasətin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.
Sonda məktəblilərin ifasında “20 Yanvar” şəhidlərinin şərəfinə hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompazisiya nümayiş olundu.

****

17 yanvar 2019-cu il tarixdə Quba Rayon İcra Hakimiyyətinin iclas zalında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans keçirilmişdir.

****

“20 Yanvar Milli Matəm günüdür”

Qobustan rayonunda “20 Yanvar” faciəsinin 29-cı ildönümü ilə əlaqədar olaraq “20 Yanvar Milli Matəm günüdür” adlı rayon tədbiri keçirildi. Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, aparatın işçiləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının  kollektivləri rayon ağsaqqalları və rayon ictimaiyyəti iştirak etdilər.
Yanvarın 20-də anim mərasimi keçirildi. Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov cənabları şəhidlərin abidəsi önünə qərənfil dəstələri qoydu.
Tədbir rayon İcra hakimiyyətinin akt zalında davam etdirildi. Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov cənabları geniş məruzə ilə çıxış etdi.  Adil Məmmədov qeyd etdi ki,   1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixində təkcə faciə kimi deyil, eyni zamanda xalqımızın istiqlal yolunun, müstəqillik arzularının zirvəsi,milli məfkurəmizdə azadlıq istəyinin oyanış günü kimi daima yaşayacaqdır. 20 Yanvar həm də uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü, surevenliyi uğrunda qəhrəmanlıq,mərdlik nümayiş etdirdiyi  şərəfli bir gündür. Bu,həm də dostun düşməndən seçildiyi, imtahana çəkildiyi bir gün idi.
Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın. Milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi və özünün milli azadlığı uğrunda mübarizəsinin dönməz olduğuna şübhə yeri qoymadı. Qəhrəmanlıqla dolu keçmişi, dövlətçiliklik ənənəsi olan böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub birgə mübarizə aparmış, dünya mədəniyyəti xəzinəsinə də dəst-xətti ilə dəyərli töhfələr vermiş bir millət uzun müddət əsarət altında yaşaya bilərdimi? Öz keçmişindən sanki qan damarları ilə axıb gələn vətən sevgisi, milli özünüdərk, zülmə, ədalətsizliyə boyun əyməmək kimi hisslərə malik olan bir xalq öz çiyinlərində bu əsarətin ağırlığını,ağrı-acısını çoxmu çəkəcəkdi? İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq Şərqdə ilk demokratik dövlət quran bir xalq qısa zaman kəsiyindən sonra yenidən imperiya caynağına düşməsini uzun müddət necə qəbul edə bilərdi? 20 Yanvar faciəsi sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Xalq öz qərarını verdi. Yolumuz –Azadlıqdır!
Saat 12-00 da 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə şəhər 1 saylı, 2 saylı, şəhər 3 saylı tam orta məktəblərinin və şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 yanvar Milli Qürur günümüzdür” adlı  ədəbi-bədii kompozisiya keçirildi. Film və videoçarx nümayiş etdirildi.

****
Tovuz rayonunda 20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilməsi davam edir

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncamına əsasən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirilir.
Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Sonra tədbir iştirakçılarına Tovuz rayon Mədəniyyət Mərkəzinin xalq teatrının hazırladığı “20 Yanvar xalqın şərəf səhifəsi” adlı kompozisiya nümayiş etdirilib.
Təqdim olunan ədəbi bədii kompazisiyanın leytmotivini o təşkil etmişdir ki, 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir. Vurğulanmışdır ki, həmin faciə nə qədər dəhşətli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq əzmini qıra bilmədi.
Tədbir boyu səslənmişdir ki, xalqımıza qarşı törədilən bu qətliama ilk dəfə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev siyasi qiymət vermişdir. İllər keçib qərinələr dolansa da xalqımızın tarixinin bu şərəf və qəhrəmanlıq səhifəsi heç vaxt unudulmayacaq, şəhidlərin əziz xatirəsi daim ehtiramla uca tutulacaqdır.

****

Samux rayonunda “20 Yanvar faciəsinin 29-cu ildönümü” ilə bağlı tədbir keçirildi.

****

Xaçmaz rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı konfrans keçirilib.

Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Qanlı Yanvar hadisəsinin 29-cu ildönümü ilə bağlı anım  tədbiri keçirilib. Tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq və suverenlik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım tədbirində rayon İcra Hakimiyyəti Başçısının müavinləri, idarə, müəssisə, təkilat rəhbərləri və rayon  ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova  qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılmasına xüsusi diqqət yetirir. Müstəqil Azərbaycan dövlətinin rəhbərliyi bütün tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə olduğu kimi, faciəli tarixlərin anılması ilə bağlı müvafiq tədbirlər görür.

İlhamə Nəzərova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi, vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə qayğının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələlərini daim diqqətdə saxlayır. Dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzaladığı müvafiq Fərman da bunun bariz nümunəsidir.

Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xatırlanaraq 29 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs olunub. Qeyd edilib ki, həmin müdhiş gecə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı ən amansız və dəhşətli cinayət törədilib. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın mübarizə əzmini qıra bilməyib. Bildirilib ki, 20 Yanvar özümüzü bir millət kimi tanıdığımız və dərk etdiyimiz gündür. 20 yanvar, həm də Azərbaycanın istiqlal yolunda fəth etdiyi ilk zirvələrdən, xalqımızın milli-azadlıq ruhu və məfkurəsinin oyanış günü oldu.

Sonda bir daha bildirilib ki, Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.

****

“20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon Təhsil şöbəsi Gənclər və İdman idarəsi ilə birlikdə  rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirib. Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə Uşaq Gənclər Şahmat məktəbində keçirilib. 2 akademik saat vaxt ayrılan yekun turda 34 tam orta məktəbdən 48 şagird iştirak edib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərk bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sonura Gənclər və İdman İdarəsinin əməkdaşı Nəriman Nərimanzadə, Təhsil şöbəsinin əməkdaşı İntiqam Nuriyev məktəbliləri salamlayıb, müsabiqənin şərtləri haqqında şagirdlərə ətraflı məlumat verdilər. Qeyd olundu ki, müsabiqənin qalibləri müəyyən olunduqdan sonura rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

****

Yevlaxda “Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi” adlı tədbir keçirildi.

Bu gün Yevlax şəhərində Yevlax şəhər İcra Hakimiyyəti , YAP Yevlax Rayon Təşkilatı və Yevlax şəhər Mədəniyyət mərkəzinin təşkilatşılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbri Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov açaraq tədbirin məqsədi haqqında məlumat verdi və 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Q.Qaraşov bildirdi ki, qanlı 20 Yanvar faciəsindən bizi 29 illik bir zaman ayırır. Amma üstündən illər keçsə belə xalqın milli oyanış tarixinin ən qanlı, həm də olduqca şanlı bir səhifəsi olan bu faciə unudulan deyil. Hər il respublikamızda 20 Yanvarın ümumxalq hüzn günü kimi qeyd edilməsi bunun bariz nümunəsidir.
YAP Yevlax Rayon Təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev tədbr mövzusunda məruzə etdi. Ə.Quliyev bildirdi ki, 20 Yanvar Azərbaycan Xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi daxil oldu. Bu hadisə bir millətin, bir xalqın urəyində illərlə yığılıb qalmış azadlıq, müstəqillik eşqinin oyanış günüdür. Azərbaycan Xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək hətta şəhid vermək əzmini bu gecə bütün dünyaya nümayiş etdirdi. O, bu faciəyəyə siyasi-hüquqi qiymət verilməsi kimi böyük missiyanı yerinə yetirmək üçün sözün həqiqi mənasında bir qəhrəmanlıq nümunəsi yaratmış Ümummilli lider Heydər Əliyevin fəaliyyəti barədə ətraflı məlumat verdi, bildirdi ki, bu cür tədbirlərin keçirilməsi yeni nəslin milli ruhda tərbiyə olunmasında rolu böyükdür.
Sonra Sonra Bərdə regional Mədəniyyət mərkəzinin Yevlax şəhər nümayəndəsi RafiqMəmmədov çıxış edərək baş vermiş qətliam haqqında fikirlərini ifadə etdi. O, hadisələri olduğu kimi diqqətə çatdırdı. O məşum gecədə qətlə yetirilənlərin əksəriyyəti gənclər idi. Onları Azadlıq meydanına öz ölkələrini müstəqil və azad görmək arzuları gətirmişdi. O da öz növbəsində 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən böyük bir cinayət kimi dəyərləndirdi.
Sonra tədbir Yevlax şəhər mədəniyyət mərkəzinin drektoru Eldəniz Mustafayevin rəhbərliyi ilə ədəbi bədii kompazisya ilə davam etdirildi.
Tədbir iştirakçılarına YAP Yevlax Rayon Təşkilatı tərəfindən hazırlanmış 20 yanvar faciəsini əks etdirən bukletlər paylandı.

****

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar müxtəlif mövzularda elmi-nəzəri konfranslar, yığıncaqlar və tədbirlər keçirildi.

18 yanvar 2019-cu il tarixdə saat 10:00-dan başlayaraq Şəhər Mərkəzi Xəstəxanasında, “Telemexanika zavodu” MMC-də, “Araz zavodu” MMC-də, Statistika idarəsində, Bayramlı qəsəbə icra nümayəndəliyində, Hacıqəhrəmanlı qəsəbə icra nümayəndəliyində, Əlillərin Bərpa Mərkəzində, Müalicə Diaqnostika Mərkəzində və DSMF-nin Şirvan şəhər şöbəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə müxtəlif mövzularda elmi-nəzəri konfranslar, yığıncaqlar və tədbirlər keçirildi.

****

20 Yanvar faciəsinin növbəti ildönümü kollecdə anılıb

İctimai-siyasi, ideoloji və pedaqoji mövzulu və mədəni kütləvi  tədbirləri ilə diqqəti daha çox cəlb edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci “20 Yanvar qan yaddaşımızdır!” mövzusunda tələbə və müəllimlərin iştirakı ilə anım tədbiri keçirib.
Aparıcılar 20 yanvar faciəsinə gələn yoldan, faciənin törənmə səbəbləri və nəticələrindən, dövlətin 20 yanvar şəhidlərinin ailələrinə və əlillərinə göstərdiyi qayğıdan ətraflı danışıblar.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 yanvara həsr olunmuş filmə baxılıb. Şəhidlərin ruhuna dərin ehtiramın ifadəsi olan mahnıları tələbələr səsləndiriblər.
20 yanvar faciəsi baş verən zamanlarda fəaliyətdə olmuş dövlət qulluğu veteranı Valeh Salehov, kollecin tarix müəllimi Mövlud Ağayev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon Komitəsinin sədri Hafiz Kərimov çıxış ediblər. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədr müavini Kamil Dadaşov 20 yanvar şəhidliyindən və onun Qarabağ müharibəsində igid vətən oğullarının sıralarında da geniş miqyas almağından danışıb, gəncləri hərbi biliklərə bacarıqla yiyələnməyə çağırıb.
Kollec tələbələrinin 20 yanvar faciəsinin ruhi ağırlığını yaşaya-yaşaya təqdim etdikləri ədəbi-bədii kompozisiya, şəhidlərə həsr olunmuş və mübarizəyə çağırış xarakterli şeirlər rəğbətlə qarşılanıb.
Tədbir kədərli notlar üzərində qurulsa da, əsil vətənpərvərlik, mübarizlik ruhu ilə yekunlaşıb.

****

Şəkidə 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi təşkil olunub

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “20 Yanvar uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin yekun  sərgisi təşkil olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi,  Şəki Şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə Şəkinin ümumtəhsil məktəblərinin şagirdləri və Rasim Ocaqov adına Şəki şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri arasında keçirilən müsabiqənin yekun sərgisində 50-dən artıq rəsm əsəri nümayiş olunub.
Müsabiqə iştirakçlıarı xalqımızın yaddaşına şərəfli və qanlı hərflərlə yazılmış qanlı yanvar hadisələrini öz əsərlərində təsvir etməyə çalışmışlar.

 

Orxan