200 min şəxsə birdəfəlik ödəmə veriləcək – NAZİRLİK

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı prosesi gündəlik davam etdirilir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XALQ.AZ-a verilən məlumata görə, bu günədək artıq 400 min şəxs üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb və müraciətlərə baxıldıqca, nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.