2013-2020-ci illərdə 15 mindən çox yeni iş yeri yaradılacaq

99

 

“Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində təqribən 7 min, Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin həyata keçirilməsi nəticəsində isə 10 min yeni iş yeri açılacaq.

Bu sözləri ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib.

R.Abdullayev qeyd edib ki, ilin sonunda tikintisinə başlanılacaq olan Sumqayıt şəhərindəki karbamid istehsalı zavodunda 3 min 500 nəfər işçi çalışacaq. Gələn ildən isə layihənin reallaşdırılması üçün 500 nəfərə yaxın mühəndisə ehtiyac duyulacaq.