2019-cu il üçün yaşayış minimumu dəyişdi

2019-cu il üçün yaşayış minimumu dəyişib.

 

XALQ.AZ  xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Hadı Rəcəbli  məlumat verib.

Millət vəkili bildirib ki, yaşayış minimumu həm də ünvanlı sosial yardımın müəyyən edilməsi üçün əsas təşkil edir.

“Gələn il yaşayış minumumu 143 manat  müəyyən edilib. Hesab edirəm ki, bu normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə yenidən ünvanlı yardım almaq imkanı yaranacaq”.

Spiker Oqtay Əsədov bu qanun layihəsinə gələn il yenidən baxılmasını təklif edib:

“Hörmətli Samir müəllim, Ehtiyac meyarına gələn il  baxmaq lazımdır. Həm də Yaşayış Minimumu haqqında qanuna da baxılmalıdır. Hər il bu məsələni müzakirə edirik, gələn artıq baxmaq lazımdır”.

 

Orxan