2019-cu ilin dövlət büdcəsi qəbul edildi

Milli Məclis “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini qəbul edib

Azərbaycanın “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü – yekun oxunuşda müzakirəyə çıxarılıb.
büdcə müzakirələrdən sonra qəbul olunub.

XALQ.AZ  xəbər verir ki, Parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 168 mln. manat, xərclərini 25 190 mln. manat, büdcə kəsrini 2 022 mln. manat səviyəsində təsdiqləyib.

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

 

Orxan