“2020-ci ildə icbari tibbi sığorta tam həyata keçiriləcək”

“Azərbaycanda 2020-ci ildə icbari tibbi sığorta tam şəkildə həyata keçiriləcək. Bu il icbari tibbi sığortaya keçid üçün hazırlıq ili elan olunub” 

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O, bildirib ki, bu il genişmiqyaslı hazırlıq işləri başa çatmalıdır: “Əhaliyə göstərilən tibbi yardımın səviyyəsinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortanın həyata keçirilməsidir. Bunun ikinci yolu yoxdur. Hansı ölkə tibbi yardımın keyfiyyətini yüksəldibsə, onlar buna yalnız icbari tibbi sığorta ilə nail olublar”.
Orxan