“Əlvida payız” adlı tədbir keçirildi

Sabunçu rayonu Bakıxanov qəsəbəsi 169 №-li tam orta məktəbdə “Əlvida payız” adlı tədbir keçirildi. Məktəbin rəhbərliyinin, rus bölməsinin 2e sinif şagirdlərinin və valideynlərin iştirakı ilə keçirilən tədbirdə şagirdlər payız fəslini tərənnüm edən şeir və mahnılar səsləndirdi, rəqslər və müxtəlif səhnəciklər nümayiş etdirdilər. Tədbirdə bu gün dünyada yaşanan ekoloji problemlərə diqqet vurğulandı, uşaqların zehni, ruhi və fiziki inkişaflari üçün təbiətin həyatı əhəmiyyətindən bəhs edildi. Təbiət uşaqları bəsləyib böyütdüyü kimi bunun qarşılığı olaraq uşaqlar da təbiətə qayğı göstərməli diqqətə çatdırıldı. Şagirdlər bədii tərtibatda payızın rəngləri, bu fəslin meyvə və tərəvəzlərinin xüsusiyyətləri, sağlamlığa təsirləri haqqında məlumat verdilər. Şagirdlər müxtəlif geyim və obrazlarla tədbir iştirakçılarında xoş təəssürat yaratdılar. Şagirdlərin payız fəslinə həsr olunan əl işlərindən ibarət sərgisi də nümayiş etdirildi. Tədbirin sonunda fəal iştirak edən şagirdlər təltif edildi.

Orxan