Dünyanın ən təhlükəsiz aviaşirkətləri – SİYAHI

Dünyanın ən təhlükəsiz aviaşirkətlərinin reytinqi hazırlanıb.

“AirlineRatings” portalının hazırladığı reytinqə görə, 2020-ci ilin ən təhlükəsiz aviaşirkəti Avstraliyaya məxsus “Qantas”dır.

Reytinq tərtib edilərkən mütəxəssislər qəza və ciddi hadisələrin statistikası, nəzarət orqanlarının yoxlamaları, gəlirlilik, uçuş təhlükəsizliyi sahəsindəki inkişaf, eləcə də, təyyarələrin yaşı kimi meyarları nəzərə alıblar.

İkinci yerə Yeni Zelandiyaya məxsus “Air New Zealand” layiq görülüb.

Üçüncü yeri Tayvana aid olan “EVA Air” aviaşirkəti tutub.

Dördüncü və beşinci yerlərdə isə “Etihad” və “Qatar Airways” qərarlaşıb.

XALQ.AZ