Rihanna alt geyimində açıq-saçıq pozlar verdi – FOTO/VİDEO

31 yaşlı dünya şöhrətli pop ulduz Rihanna Səudiyyə Ərəbistanından olan milyarder nişanlısı, iş adamı Həsən Cəmillə ayrıldıqdan sonra “Savage x Fenty” alt geyim brendinin yaz reklam kampaniyası üçün kamera önünə keçib.

XALQ.AZ xəbər verir ki, brend yarandığı gündən Barbados gözəli bu markanı təbliğ edir.

Zaman-zaman Rihanna digər ulduzları da özünə cəlb edir. Ötən payızda isə “Savage x Fenty”nin siması 23 yaşlı müğənni Normani olub.

Barbados ulduzu rəngli parik taxaraq, lavanda çalarlarında romantik və olduqca seksual obraz yaradıb. Onunla birlikdə brendin reklamına çəkilən Normani isə başına güllərdən ibarət çələng taxaraq, ehtiraslı pozları ilə diqqətləri üzərinə cəmləyib.

30 saniyəlik reklam çarxında isə hər iki məşhur cazibədarlığı ilə göz qamaşdırıb.

XALQ.AZ