Dərisinin rəngi ilə görənləri valeh edən model həyatının ən böyük uğuruna imza atıb.

“Qaranlıq kraliçası” ləqəbli, qaradərili model Nyakim Gatveç Ginnesin rekordlar kitabına düşüb.

Cənubi Sudan mənşəli olan modelin əslində, bu qədər qara rəngli olması onun xəstəliyi ilə əlaqədardır. Belə ki, Nyakim Gatveç “melanin” adlanan tünd rəngli bioloji piqment xəstəliyinə düçar olub. Bu xəstəlik tirozinin artması səbəbindən meydana gəlir.

26 yaşlı afrikalı model Sudanda anadan olduğunu və ailəsi ilə 13 yaşında ABŞ-a köçməzdən əvvəl Efiopiya və Keniyadakı düşərgələrdə yaşadığını deyib.

ABŞ-da məskunlaşdıqdan sonra gənc model dərisinin rənginə görə insanlar tərəfindən bir çox hallarda lağ obyektinə çevrildiyini də qeyd edib.

Nyakim Gatveçin dediyinə görə, hətta bir taksi sürücüsü onu 10 min dollara ağarda biləcəyini də deyib.

Lakin gənc model artıq belə insanlara məhəl qoymadığını deyir, əksinə, belə görünüşdə olmasını ona Tanrıdan hədiyyə kimi qiymətləndirir.

26 yaşlı moda simvolu hazırda ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yaşayır.

XALQ.AZ