Ərdoğan Aya Sofyada – Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məscidində ilk namazdan əvvəl aparılan işlərlə tanış olub. XALQ.AZ xəbər verir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib. Ərdoğanı Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və İstanbulun qubernatoru Əli Yerlikaya, həmçinin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, DİN rəhbəri Süleyman Soylu və Dini İşlər İdarəsinin rəhbəri Əli Ərbaş müşaiyət ediblər.

Ərsoy və Yerlikaya Prezidenti məsciddə aparılan işlər barədə məlumatlandırıblar.

Qeyd edək ki, Türkiyə Dövlət Şurası iyulun 10-da ölkə hökumətinin Aya Sofya muzeyinin statusuna dair 24 noyabr 1934-cü il tarixli qərarını ləğv edib. Türkiyə Dövlət Şurası Aya Sofya Sultan Mehmet Xan Fondunun balansında olduğunu və məscid kimi istifadə oluna biləcəyini qərara alıb. Uzun illərdən sonra məsciddə ilk namaz iyulun 24-də qılınacaq.

XALQ.AZ