Şirvanın baş həkimi yüksək vəzifəyə gedəcək

Sirvan

Bir müddət əvvəl xəbər vermişdik ki, Şirvan Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov yaxın vaxtlarda Səhiyyə Nazirliyinə yüksək vəzifəyə gedəcək.

XALQ.AZ xəbər verir ki, JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, baş həkim nazirin müavini olmaq istəyir və bununla bağlı məsələ tam razılaşdırılıb.

Bu gün aldığımız məlumata görə, Fərhad Səfərovun təyinat məsələsində yubanma yaşanır. Buna səbəb isə ona tapşırılan işləri lazımi səviyyədə yerinə yetirə bilməməsi göstərilir. Belə ki, ona bəzi layihələri həyata keçirmək tapşırılıb ki, onların böyük qismi hələ də reallaşmayıb. Hərçənd bu layihələrin konkret olaraq nədən ibarət olması bizə bəlli olsa da, hələlik açıqlamırıq.

Bundan əlavə Şirvan Mərkəzi Xəstəxanasının baş həkimi həm də rəhbəri olduğu sahədə xəstələrdən alınan pulun məbləğini də artırıb. Məlumatlara görə, ötən il elan edilmiş tenderlərdən əldə etdiyi pulla yanaşı, əlavə vəsaitə də ehtiyac yarandığından belə bir addım atılıb.

Məlumatlarda o da deyilir ki, Fərhad Səfərov lazım olan tapşırıqları lazımi səviyyədə yerinə yetirməsə, özü ilə də bağlı problem yaşana bilər.

P.S. Şirvan Mərkəzi Xəstəxanasında tender yolu ilə dərman pereparatlarının alınması üçün ayrılmış pulların necə və hansı yollarla silinməsi ilə bağlı yaxın günlərdə maraqlı araşdırmamız olacaq.