Deputat təkliflə çıxış etdi

Özünəməşğulluq proqramının əhatə dairəsini genişləndirərək, onun ancaq ‘işsiz və işaxtaran kimi qeydiyyata düşən’ vətəndaşlarımıza yox, öz biznesini yaratmaq istəyən vətəndaşlarımıza da şamil olunmasının tərəfdarıyam.

XALQ.AZ xəbər verir ki, bunu Milli məclisin deputatı Nigar Arpadarai Milli Məclisin bugünkü sessiyası zamanı “Məşğulluq haqqında” AR Qanununa təkliflərimi səsləndirərkən deyib.

Onun sözlərinə görə, proqrama əsasən işsiz və işaxtaran şəxslərə 2 il müddətinə əmlak istifadəyə verilir və bu müddət ərzində bu şəxslər biznes planda müəyyən olunmuş fəaliyyəti həyata keçirdikləri təqdirdə bu əmlak onların əvəzsiz mülkiyyətinə verilir.

Deputat ikinci və əsas təklifi,qadınlarımızın məşğulluq məsələsi ilə ilə bağlıdır.

“Bu mövzu mənim üçün xüsusi önəm daşıyır və seçkiqabağı təşviqat zamanı da seçicilərimə bu mövzuda çalışacağımı söz vermişdim. Məşğulluq haqda qanunda, dinindən, cinsindən və s. meyarlardan asılı olmayaraq, hər kəsə əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi qeyd olunur. Lakin reallıqda qadınların, xüsusilə də, ailə qurub övlad dünyaya gətirən qadınların (xüsusilə, analıq həyatının ilk illərində) imkanları daha məhdud olur. İşəgötürən çox zaman kişi namizədə üstünlük verir. Əminəm ki, dövlət, qanunda göstərilən bu bərabərliyi təşviq etməlidir”.

Həmçinin o qeyd edibki, qanunda nəzərdə tutulan “sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərlərin siyahısına” aşağıdakı qrup qadınlar daxil olmalıdır: övlad dünyaya gətirən və uşağı müəyyən yaşa çatdıqdan sonra karyera qurmaq istəyən qadınlar və həyat yoldaşını itirmiş, övladları olan qadınlar.

“Hər iki kateqoriya həssas qrupdur. Belə olarsa, peşə hazırlığı təlimləri və digər mexanizmlər onlara da şamil olunacaq.Qadınların məşğulluq məsələsinin təşviqi ilə bağlı gələcəkdə bir çox təkliflər irəli sürməyi planlaşdırıram”.