Deputat seçicilərin problemlərini həll etdi-Fotolar

 

Milli Məclisin deputatı Jalə Əhmədova seçicilərlə görüş keçirdi.

XALQ.AZ-ın məlumatına görə sentyabr 21-də millət vəkili Jalə Əhmədova Salyanda karantin qaydaları və sanitar-gigiyenik normalara əməl edilməklə vətəndaşların qəbulunu keçirmişdir.  Deputat seçiciciləri qəbul etmiş, onların problemlərini dinləmişdir. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi orqanlara müraciət ünvanlanıb.

XALQ.AZ