Deputat Qubanın 3 kəndinə su çəkdi – FOTO

Millət  vəkili  Vahid  Əhmədov deputat seçildiyi Quba rayonunda  karantin tələblərinin şərtləri  nəzərə  alınmaqla  bir  sıra  tədbirlərdə  iştirak  etmiş  və  seçiciləri  ilə  görüşərək  onları  qəbul edib.

XALQ.AZxəbər verir ki, əsas  məqsəd bu il keçirilən  parlament  seçkiləri  zamanı əhali tərəfindən  deputat  qarşısında qaldırılan  məsələlər  və  onların həlli  istiqamətində  atılan  addımlar  olub.

Bu  baxımdan  Qubanın  bir  sıra  kəndlərində  içməli  suya  olan  tələbatın  ödənilməməsi  və  əhalinin  bu sarıdan  əziyyət  çəkdiyi  ən  aktual  məsələlərdən  birincisidir. Deputatın  təşəbbüsü  və  maliyyə  dəstəyi  ilə  rayonun  Gədikqikşlaq, Küsnətqazma, Küpçal  kəndlərinə  suyun  çəkilməsi  işləri  tamamlanıb  və  millət  vəkilinin  iştirakı  ilə  açılış  keçirilib. Ümumilikdə  14 kilometr  su  xətti  çəkilib, 5 su anbarı tikilərək  əhalinin  istifadəsinə  verilib. Hazırda Cimi  kəndinə  9 kilometr  məsafədən  suyun  çəkilişi  istiqamətində  işlər  davam  edir. Millət  vəkilinin  yardımı  ilə Qubanın Qəçrəş  kəndində  məscid  binasında  aparılan  təmir-tikinti işləri   ilə  yerində  tanış  olan  deputat, iş  prosesində  yaranan  problemlərin  həllində  gələcəkdədə  köməklik  göstərəcəyinə  söz  verib. Zizik  kəndinin  dindarlarının  xahişi  ilə  kənd  məscidindədə  də  yenidənqurma  işlərinə  dəstək  verən  millət  vəkili  kənddə  olub, bir qrup  əhali  ilə  görüş  keçirib.

Seçicilərinin  müraciəti  nəzərə  alınaraq  Quba  şəhərində  yerləşən  ofisində qəbul  keçirilib. Ümumilikdə 54 seçici  deputat  tərəfindən  karantin  qaydalarına  uyğun  olaraq  təkbətək qəbul  edilib. Əhalini  narahat  edən  bir  çox  məsələlər- sosial  problemlərinin  həlli, mənzillərinin  təmiri  və  inşaat  materiallarının verilməsi, işədüzəlmə, yeni  torpaq  sahələrinin  paylanması, ailə  məişət  məsələlərinin  həllinə  köməklik, maddi  yardımların  olunması  və  sair  bu  kimi  məsələlr  qəbul  zamanı  qaldırılan  məsələlərdən  olub. Bir  sıra  məsələlər  yerindəcə  həll  edilmiş,  bəzi  problemlərin  həlli  üçün  aidiyyatı  qurumlara  yazılı  müraciətlər  olunub.

Bir  neçə  gün  rayonda  olan  millət  vəkili  rayonun  İcra  başçısı  ilə  görüşərək  keçirdiyi  görüşlər  və  əhalinin  söylədiyi  bəzi  problemlərlə  bağlı  fikir  mübadiləsi  aparıb, rayonda olan problemlərin tez bir zamanda həlli üçün görüləsi işləri müzakirə ediblər.