Erməni əsgər və hərbçilərin meyitlər -Cəbhədən son xəbər-Foto-Video

Azərbaycan Qarabağ ərazisində xüsusi hərbi əməliyyatı davam etdirir.

XALQ.AZ Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, hazırda şiddətli döyüşlər davam edir. Azərbaycan bölmələri işğal olunmuş yaşayış məntəqələrinin azad edilməsi uğrunda döyüşlər aparırlar.

Döyüşlər zamanı erməni hərbi qüvvələrinin bölmələri canlı qüvvə və döyüş texnikasında böyük itkilərə məruz qalır. Döyüş meydanlarında yüzlərlə erməni əsgəri öldürülüb. Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi əməliyyat başlandığı andan 600-dən çox erməni hərbçisi məhv edilib. Lakin Ermənistan tərəfi indiyədək həlak olanların cəsədlərinin verilməsi xahişi ilə Azərbaycana müraciət etməyib.

Döyüş meydanında öldürülmüş erməni əsgərlərinin cəsədlərinin videogörüntülərini “Caliber” “YouTube” kanalı yayıb.

XALQ.AZ