241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı

Azərbaycanda koronavirus infeksiyasına  yeni 241 yoluxma faktı qeydə alınıb,  647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə XALQ.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  6 nəfər vəfat edib.