25 yaşlı gənc qızın meyiti aşkarlanıb

 

99

Bakının Qaradağ rayonu ərazisində 25 yaşlı qızın meyiti aşkarlanıb. Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, aşkarlanan meyitin kimliyi məlum olub. Meyit 1988-ci il təvəllüdlü Elvira Məmmədovaya məxsus olub.

Araşdırmalar zamanı onun naməlum avtomobil tərəfindən vurulduğu bilinib. Hazırda polis onu vuran maşının axtarışlarına başalyıb.