Deputat seçicilərlə görüşdü

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov seçicilərlə görüşdü.

Millət vəkili bildirib ki, Biləsuvar şəhəri Heydər Əliyev mərkəzindəki deputat ofisində seçicilərin qəbulunu keçirilib

Əsas müraciətlər işsizlik, sosial təminat, müalicə üçün dəstək, habelə, torpaq sahələri ilə bağlı meydana çıxan problemlərlə bağlı oldu. Bəzi məsələlərə yerindəcə izah verildi, eyni zamanda aidiyyatı strukturlara yönəldildi, səlahiyyətimiz daxil olan bir neçə problem üzrə isə növbəti həftə mərkəzi icra orqanlarına tərəfimizdən müraciət ediləcək.