İmişlidə sahibkarlara əlavə vergi

Imisli

Vilyam Hacıyev rayondakı abadlaşdırma işlərinin pullarını onlardan alır 

İmişlinin icra başçısı Vilyam Hacıyev rayonda apardığı abadlaşma və quruculuq işləri üçün büdcədən ayrılmış vəsaitləri öz məqsədləri üçün istifadə edir.

XALQ.AZ xəbər verir ki, bu barədə JAM.AZ-a rayonda fəaliyyət göstərən sahibkarlar məlumat verib.

Onların bildirdiyinə görə, icra başçısı həmin işlərin həyata keçirilməsi üçün lazım olan vəsaiti isə yerli sahibkarlardan toplayır. Məlumatı verən şəxslər bildirirlər ki, artıq bir aya yaxındır onlardan külli miqdarda pul tələb edirlər.  Mənbələr qeyd ediblər ki, icra başçısı müavinləri vasitəsi ilə sahibkarlardan 500-2000 manat civarında pul tələb edir. Məbləğin artması isə həmin sahibkarın imkanı ilə uyğunlaşdırılır.

Məlumatda deyilir ki, Vilyam Hacıyev tələb olunan pulu vermədiyi təqdirdə sahibkarları həbs etdirəcəyi və ya iş yerlərini bağlayacağı ilə hədələyir. Bununla bağlı prezidentə müraciət hazırlamağı düşünən iş adamları başqa çıxış yollarının qalmadığını vurğulayırlar.