Jalə Əliyevə seçicilərin probləmlərini həll etdi-Fotolar

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Zərdabın Bıçaqçı,Əlvənd, Otmanoba, Şəftəhal, Aşağı Seyidlər və Pərvanlı kəndlərində səyyar qəbul keçirib.XALQ.AZ xəbər verir ki,qəbulda  ağsaqqallar,  ziyalılar, fərdi təsərrüfatçılar, müəllimlər və s. iştirak etmişdir. Qəbul çox səmimi, məmnunluq şəraitində keçib. Qəbula yazılan kənd camaatı rayonda və kənddə gedən quruculuq və abadlıq işlərindən razılıq ifadə edərək,  seçicilərinin problemlərini mütəmadi olaraq ali tribunadan dilə gətirdiyinə və bir çoxunun həllinə nail olduğuna görə deputata minnətdarlıqlarını bildiriblər. Vətəndaşlar Şanlı Qələbəmizə imza atan ölkə rəhbəri, Ali Baş komandan cənab İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırmasını, eyni zamanda onları narahat edən məhəlli və fərdi xarakterli problemlərinin həllində yardımçı olmasını millət vəkili Jalə Əliyevadan xahiş ediblər. Vətəndaşların qaldırdıqları məsələlərin bir çoxuna qəbul sırasında kənd rəsmiləri tərəfindən açıqlıq gətirilib. Jalə Əliyeva digər məsələlərin həlli üçün rayon və respublika səviyyəli  əlaqədar qurumlara müraciət edəcəyini seçicilərinə bildirib.

Возможно, это изображение (2 человека, люди сидят, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (4 человека, люди стоят, люди сидят, на открытом воздухе и дерево)
Возможно, это изображение (1 человек, стоит, дерево и на открытом воздухе)
Возможно, это изображение (4 человека и люди стоят)

XALQ.AZ