27 noyabra astroloji proqnoz

07

 

QOÇ – Bu gün əsasən səhhətinizi qorumağa çalışın. İlk növbədə qlobal işlərin həllini, eləcə də səfərlə bağlı bütün planlarınızı təxirə salmağınız məsləhətdir. Cari sövdələşmələr səmərə verə bilər.

BUĞA – Böyük dəyişikliklər astanasındasınız. Qətiyyən tərəddüd etməyin. Nə qədər cəsarətli olsanız, işləriniz də bir o qədər uğurlu olacaq. Nahara qədər yeni təkliflərdən imtina etməyin.

ƏKİZLƏR – Yeni işgüzar əlaqələrə start vermək üçün Göy qübbəsi tərəfinizdə duracaq. Odur ki, bütün səylərinizi birləşdirməlisiniz. Günün ikinci yarısında şanslı məqamlar yaşayacaqsınız.

XƏRÇƏNG – Enerjinizin artdığı bir vaxtda özünüzü ələ almağa çalışın. Fikirlərinizi başa düşən adamlar arayın. Nahar ərəfəsində şəxsi büdcənizi artım gözləsə də, səhhətinizi də qorumalısınız.

ŞİR – Təxminən saat 15-dən sonra əsəblərinizi cilovlamağa çalışın. Boş dayanmaq olmaz. Mühüm adamlara baş çəkin ki, ulduzlar sizə sevinc bəxş etsin. Bu gün maddi gəlir də gözlənilir.

QIZ – Mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün əbəs yerə risk etməyin. Çalışın ki, ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qoruyasınız. İşgüzarlığınızı artırın.

TƏRƏZİ – Səhər saatlarından başlayaraq qarşılıqlı münasibətlər zəminində, həmçinin işgüzar sövdələşmələrdə vəziyyət bir qədər gərgin olacaq. Odur ki, neytrallıq göstərin.

ƏQRƏB – Ulduzların düzümü maraqlı bir təqvim yaşayacağınızdan xəbər verir. Üzləşdiyiniz adamların əksəriyyəti öz zarafatları ilə ovqatınızı yüksəldəcək. Sövdələşmələr üçün də səmərəli vaxtdır.

OXATAN – Qarşınızda duran vəzifələrin çoxluğu sizi yoracaq. Lakin nəticənin uğurlu olacağını nəzərə alıb passivləşməməlisiniz. Nahardan sonra pulla bağlı istənilən riskdən uzaq olun.

OĞLAQ – Olduqca əhəmiyyətli gündür. Hansısa böyük bir işinizi həyata keçirməkdə şans qazanacaqsınız. Bununla yanaşı perspektivli görüşləriniz də mümkündür. Tanrını başınız üstündə hiss edin.

SUTÖKƏN – Yalnız münasibətlər zəminində uğurlarınız olacaq. Fəaliyyət və ya şəxsi işlər üçünsə sərfəli vaxt deyil. İnsanlara qarşı unutqanlığınızı dəf edin. İstirahətə daha çox yer ayırın.

BALIQLAR – Astroloji göstəricilər işlərinizin rəvan gedəcəyinə işarə edir. Hətta cəhd etdiyiniz təqdirdə maddi durumunuz da yaxşılaşa bilər. Axşama yaxın maraqlı görüş və sövdələşmələriniz mümkündür.