“28 Mall”da təşviş

28

Paytaxtın ticarət mərkəzlərindən birində yanğın xəbərdarlığı verilib.

XALQ.AZ-ın məlumatına görə, “28 Mall”da saat 10:00-da insanlara yanğın olması ilə bağlı xəbərdarlıq edilib. Təşfişə düşən insanlar isə ticarət mərkəzindən tez bir zamanda çıxımağa çalışıblar.

“28 Mall” ticarət mərkəzindən isə bildirilib ki, heç bir yanğın hadisəsi yoxdur və bu sadəcə yanğınla bağlı məşq olub.

Təxminən 15 dəqiqə davam edən yanğın məşqi insanlar arasında həyəcana səbəb olub.