3 il keçdi…

Bu gün Bakının Binəqədi rayonunda yerləşən yaşayış binasında baş verən dəhşətli yanğından 3 il ötür.

XALQ.AZ xəbər verir ki, yanğın səhər saatlarında Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verib.

Hadisə nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

Yanğının baş verməsinə səbəb kimi binanın yanan “poliuretan” materialı ilə üzlənməsi göstərilib.

Hadisə ilə bağlı “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov həbs ediliblər.

 








 

 

Orxan