3 qızıl aldı, “Belarus Qəhrəmanı” oldu

Olimpiaci

 

Belarus prezidenti Aleksandr Lukaşenko Soçi Qış Olimpiya oyunlarında 3 qızıl medal qazanan belaruslu idmançı Darya Domraçevaya “Belarus Qəhrəmanı” adını verib.

Xalq.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Lukaşenko idmançını əldə etdiyi uğura görə təbrik edib.

“Əziz Daşa, möhtəşəm uğuruna görə səni təbrik edirəm. Bütün Belarus səninlə fəxr edir. Səmimi qəlbdən təbrik edirəm və sənə ölkənin ən yüksək “Belarus qəhrəmanı” adını təqdim edirəm”, deyə prezident bildirib.

Qeyd edək ki, D.Domraçeva 3 medalı Soçi Qış Olimpiya oyunlarında xizəksürmə üzrə yarışlarda əldə edib.